Mənim fikrimcə (13)

Məncə, Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin ərəb Şərqini XX əsrin əvvəllərinə (bəlkə də daş əsrinə) qaytarmaq üçün göstərdikləri səylər çox da alınmır.“Müsəlman qardaşları”nın istibdadına bir il dözən Misir xalqı ayağa qalxdı və dedi – bu cür İslam bizə lazım deyil. Çünki İslamın təməlində tərbiyə, təvazökarlıq, ədalət, vətənpərvərlik, yaxınına sevgi, tolerantlıq və digər məziyyətlər qoyulmuşdur. Bir il əvvəl çevriliş yolu ilə Misirdə hakimiyyəti uzurpasiya etmiş “Müsəlman qardaşları”nda bütün bunlar yox idi və ola da bilməzdi. Onlar öz qardaş müsəlmanlarına nifrət edirdilər, onlar yaxşı olan bütün hər şeyə nifrətlə yaşayırdılar.

Budur, onların lideri Mühəmməd Mursi Misirin prezidenti kreslosunda cəmi bir il duruş gətirə bildi, amma ABŞ Dövlət Departamentinin keçmiş başçısı xanım Hillari Klinton Mühəmməd Mursi prezident olandan sonra onu “örnək olmağa layiqli siyasətçi nümunəsi” adlandırmışdı (yeri gəlmişkən, bizdə də Əbülfəz Əliyev-“Elçibəy” hakimiyyətə (deyiənə görə!) səkkiz ölkənin dəstəyi və razılığı ilə gəlsə də, o da cəmi bir il duruş gətirə bilmişdi). Bəs ABŞ və onun müttəfiqləri nə etdi? Öz “köpək oğullarını” xilas edə bildilərmi? Xeyr! Ədəbi personaj Ostap Benderin Ponyatovskinin dəfni mərasimində dediyi kimi, “O, xalqın hesabına yaşamaq istəyirdi, xalq bunu istəmədi və o, dünyasını dəyişdi...”

Məncə, ABŞ-ın prezidenti Barak Hüseyn Obamanın Misirdə baş verənlərlə bağlı reaksiyasını izləmək çox maraqlı olardı. Özünü demokratiyanın dayağı hesab edən ölkəyə rəhbərlik edən və belə təəssürat yarana bilər ki, həmişə xalqın tərəfində durmal olan Obamaya nökəri Mühəmməd Mursi zəng edəndə, o, prezidentə istefaya getməməyi (xalq isə məhz bu tələblə ayağa qalxmışdı) və islahatları sürətləndirməyi məsləhət görmüşdü. Qəribədir, görəsən, dahi demokrat hansı islahatlar haqqında danışa bilərdi? Axı başda Mühəmməd Mursi olmaqla “Müsəlman qardaşları”nın qısamüddətli hökmranlıqları dövründə həyata keçirdikləri bəzi, deyə bilərdim ki, “inqilabi islahatı” sadalmaq da olar... Kişilərə həyat yoldaşı rəhmətə gedəndən sonra müəyyən saat ərzində mərhumə ilə cinsi əlaqədə olmaq imkanı verildi; Ali Məhkəmənin hüquqları islam universitetinin Alim Şurasına verildi; qadınlar kişilərlə bərabər olmayan varlıq elan olundular və s. və i.a. Hə-ə, yaxşı “islahatlardır”. Maraqlıdır, Obama eyni “islahatları” ABŞ-da da həyata keçirərdimi və əgər buna cəhd edərdisə, bundan sonra neçə dəqiqə ərzində hələ də ABŞ-ın prezidenti olardı? Yoxsa o, ərəb Şərqini və onun əhalisini ümumiyyətlə üçüncü növə aid edir?

Onun hərbi çevrilişdən və Mühəmməd Mursi devriləndən sonrakı reaksiyası da çox əlamətdardır. O, hərbiçilərə yeni konstitusiyanı tez qəbul etməyi, prezident seçkilərinin becid keçirməyi və Mühəmməd Mursiyə və onun əhatəsinə toxunmağa cürət də etməməyi, heç bir məhkəmə, heç bir həbsə əl atmamağı məsləhət gördü. Əlamətdar olan budur ki, o, öz (ABŞ-ın) köhnə müttəfiqi – Hüsni Mübarəklə əlaqədar bir il əvvəl Mühəmməd Mursiyə belə məsləhətlər verməmişdi...

Məncə, bu, siyasətçilərin hamısı üçün xəbərdarlıq olmalıdır – yalnız öz xalqına ümud etmək və güvənmək lazımdır, çünki ABŞ-ın, Avroittifaqın, Rusiyanın və “buynuzlu şeytanın” köməyi ilə hakimiyyətə gəlmək aşiqləri bizim ölkəmizdə də kifayət qədərdir.

 

Məncə, haqlıyam.

Video və fotolar