Mənim fikrimcə (14)

Məncə, Moldovanın ombudsmanı Aureliya Qriqoriu çox mərd, cəsarətli və vicdanlı qadındır. Özü də, Aureliya Qriqoriunun mərdliyinə, vicdanlı olmasına və cəsarətinə Moldovanın prezidenti Nikolaye Vasilyeviç Timofti, Moldovanın baş naziri Yuriye Lyanke və Moldova parlamentinin üzvlərinin bir çoxu həsəd apara bilər – əlbəttə, onlar özlərini mərd, cəsarətli və vicdanlı kişi hesab edirlər.

   

 

Aureliya Qriqoriunu ombudsman vəzifəsindən vaxtından əvvəl azad edirlər. “Böyük Ermənistan respublikasının” prezidenti, oğru, qarətçi və terrorçu Serj Sarkisyan bu günlərdə Kişinyova rəsmi dövlər səfərinin gedişində şəxsən özü bununla əlaqədar xahiş edib. Və QUAM-a daxil olan ölkə – Moldova ləbbeyk deyib.

Bizim, Azərbaycanın yaxşı müttəfiqləri var, axı Aureliya Qriqoriunun “cinayəti” vur-tut bundan ibarətdir ki, o, Yerevanda keçirilən Ümum-Avropa beynəlxalq konfransında, həm də erməni parlamentarilərinin iştirak etdikləri tədbirdə, Ermənistanın aqressor olduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Xocalı şəhərində azərbaycanlıların soyqırımını həyata keçirən ermənilərin cinayətkar olduqlarını bəyan etməyə özündə cəsarət tapmışdır. Yeri gəlmişkən, bizim “qrant-təpişdirici”-insan haqları müdafiəçilərimiz Ermənistana səfərlərinin gedişində buna cürət etmirlər. Məncə, Azərbaycan hakimiyyəti Moldova rəhbərliyi qarşısında Aureliya Qriqoriunun hüquqlarını daha təkidlə müdafiə etməlidir.

Və ümumiyyətlə, başa düşmürəm ki, Moldovanın Ermənistandan nə asılılığı ola bilər? Serjik Sarkisyan Moldovanın hakim dairələrini nə ilə tovlaya bilər? Konyakla? Xeyr! Moldovanın özünün əla konyakları var. Çaxırla? Xeyr! Moldovanın çaxırları ermənilərinkindən yaxşıdır. Bəlkə qadınlarla? Xeyr! Axı hamı bilir ki, moldavan qızları erməni qızlarından da gözəldir. Bəlkə pul ilə? Bu da deyil! Çünki Serjik Sarkisyan erməni xalqını və Ermənistanın büdcəsini kiminlə isə bölüşmək üçün talan eləmir. Əlinə düşən Qarabağ klanının özünə güclə çatır. Bəs onda, axı nə ilə – məncə, bax burada biz gəlib çıxırıq həqiqətin üstünə: Moldova, sovet dövründən qalan silah və hərbi texnikanı Ermənistana satır! Təbii ki, satılan əmlak üçün Ermənistanın ödədiyi pulun müəyyən hissəsini “şapka-papaq” qismində nəğd şəkildə geri qaytarmaq şərti ilə. Burada məni məntiqsizlikdə günahlandıra bilərlər, amma bu sxem çox sadə izah olunur. Bir iş var ki, Serjik prezidentə, baş nazirə və Moldovanın bəzi parlament üzvlərinə haqq ödəsin; bir də var ki, o, Müdafiə Nazirliyinin büdcəsindən götürülən pulları “şapka-papaq” hesabına həm öz cibinə qoyur, həm də, məsələn, Moldovanın hakim dairələrinin vicdansız rəhbərlərini “maliyyələşdirir”. Odur ki, necə deyərlər, “əl, əli yuyar, əl də qayıdıb üzü yuyar”, yəni baxdığımız halda Moldova rəhbərliyi Ermənistanı razı salmaq üçün ölkənin ombudsmanı Aureliya Qriqoriunu cəzalandırır.

QUAM çərçivəsində Azərbaycanın Moldova ilə strateji tərəfdaşlığına gəlincə isə, məsəldə deyildiyi kimi, “İlahi, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam”.

Məncə, haqlıyam.

 

 

Video və fotolar