Mənim fikrimcə (15)

Məncə, bizim “milli şuriklər” yavaş-yavaş dəli olmağa başlayırlar. Vahid namizədi irəli sürdülər və sonra da elan etdilər ki, həmin namizəd xaricdən dəstək almağa getdiyi üçün indi Azərbaycanda yoxdur. Dahi kombinator Ostap Benderin dediyi kimi, “Qərb bizə kömək edəcək!”

Ancaq, məncə, İbrahim Bender Bəydə heç də hər şey elə də alınmır, çünki, ya düzgün xahiş eləməyib, ya da istədiyi qədər verməyiblər, bəlli deyil, amma Moskvaya qayıdandan sonra Rusiya mass-mediasina şikayət edib ki, Azərbaycanda keçiriləcək seçkilərə müdaxilə etməkdə Amerika maraqlı olsa da, Rusiya nə üçünsə passivdir və onun aktivləşməsinin vaxtı artıq çatıb.

Mən bu sualı bir neçə dəfə vermişəm: bu nə müxalfətdir bizdə, onlar nə üçün belədirlər, gözün biri Qərbə, biri isə – Şimala çevrilib. Və ümumiyyətlə, bizim “milli şuriklərin” sırasında heyrətamiz dərəcədə həmrəy və yumruq kimi birləşmiş insanlar toplaşıb. “Şuriklərdən” biri – Emin Millini ABŞ Konqresinə dəvət olunmuşdu. Oğlanın getməyə pulu olmadı. Amma belədə baxırsan, sanki can bir qəlbdədirlər, hamısı şurikdir...

Bax İbrahim Bender Bəy, Ostap olanı deyirəm, Koreykadan bir milyon alanda və vağzalda gecələyən yatmış Şurik Balaqanovu görəndə, pulları həmin andaca onunla bölüşmüşdü. Bizim “milli şuriklər” isə Emin Milli ilə heç nəyi bölüşməməyi qərara aldılar və onun yerinə Amerikaya Eldar Namazov yollandı, çünki onda pul var idi (Allah eləsin, həmişə olsun), ya da şuriklər onunla bölüşmüşdülər. Burada unudulmaz Ponyakovskini də xatırlaya bilərdik – o, hər şeyi vicdanla bölüşdürürdü və Şura Balaqanova xırda-xuruş ayırıb payını kəsmiş və demişdi: “O, heç bunu da qazanmayıb”. Odur ki, Azərbaycan xalqına ədalət vəd edən insanların heç öz aralarında da ədalət yoxdur.

Rəsul Quliyev və Eldar Namazovun ABŞ konqresmenləri arasında böyük hörmət qazandıqlarını, konqresmenlərin onları qəbul etdiklərini, onları dinlədiklərini və deməli, seçkilərdə onları – yəni “milli şurikləri” dəstəkləyəcəklərini ictimaiyyətin diqqətinə təmtəraqla çatdıran bizim şuriklər, məncə, Azərbaycan xalqını cahil hesab edirlər.

Diqqətinizə çatdırıram ki, bir çox sivil ölkələrdən fərqli olaraq, ABŞ Senatında və Konqresində lobbiçilik fəlaiyyətinə icazə verilir. Orada yan-yörə müvafiq kontorlarla doludur və bura gəlib, pulu ödəyib, ürəyinə yatan istənilən konqresmen və yaxud da senatorla görüşmək mümkündür. Görüş vaxtının müddəti ödənilən pulun miqdarından asılıdır, Azərbaycanda deyildiyi kimi, “puluna minnət”, yəni “pulun var, gələrəm...” Belə ki, Rəsul Bayramoviç də vaxtilə Azərbaycan xalqından təmənnasız surətdə xeyli neft pulu “əxz edib”. İndi budur, ABŞ Konqresinə və Senatına aparan yüksək yolların onun qarşısında açıq olduğunu hamıya göstərmək istəyəndə, hərdən bir, necə deyərlər, əlini cibinə salır. Amma razılaşın ki, bu, Rəsul Quliyevə və Eldar Namazova, o cümlədən də bütöblükdə Azərbaycanın “milli şuriklərinə” göstərilən hörmətə dəlalət eləmir...

Məncə, əgər səhv etmirəmsə, artıq bir neçə dəfə demişəm ki, hörmətli kinodramaturq və rejissor Rüstəm İbrahimbəyov, deyəsən, Azərbaycanda keçiriləcək prezident seçkilərini qeyri-elmi fantastik filmin çəkilişi hesab edir və bu prosesdə öz iştirakına da bu nöqteyi-nəzrdən yanaşır. Özünüz başa düşürsünüz, film çəkilişi – yaradıcı işdir. Ssenariyə istənilən əlavələr, düzəlişlər etmək, nəyisə pozub başqa cür yazmaq olar, özü də dəfələrlə. Hələ üstəlik də, rejissorun ssenarini zibil səbətinə atmaq və filmi ürəyi istəyən kimi çəkmək hüququ var. Bax buna görədir ki biz, adlı-sanlı ssenarist-rejissorun aşağıda göstəriləcək inciləri ilə üzləşirik:

“Mənin heç vaxt Azərbaycan Respublikasının vətəndaşlığından başqa vətəndaşlığım olmayıb. Bəli, hamı kimi mənim də bir vaxtlar qırmızı sovet pasportum olub, hazırda mənim yeganə pasportum Azərbaycan Respublikasının diplomatik pasportudur və dünyanın hər yerinə də onunla gedirəm”.

Pozuruq və yenisini yazırıq:

“Mən, Rusiya Federasiyasının prezidenti V.V.Putinə məktubla müraciət etmişəm və Rusiya vətəndaşlığından imtina etdiyimi bildirmişəm. Məsələ bir ay ərzində həll olunacaqdır”.

Rüstəm İbrahimbəyovun hansısa bir bədxahı onun yalan danışdığından şübhələnə bilər, amma Allahdan qorxun, bu, axı yaradıcının fantaziyasıdır – o, bir həqiqəti təqdim edə, amma ürəyi istədiyini yarada, bir şeyi deyə, amma fikrini dəyişə və səhvini düzəldə bilər (bircə, o, Azərbaycanda demokratiya, ədalət və həqiqəti bərqərar etmək istədiyindən, təcrübənizə gümanınız getməsin, yalan danışa biməz). Nəzərə alın ki, hətta artıq çəkilib qurtarandan və premyera təqdimatından sonra da filmə əlavələr edilə və hələr isə kəsilib çıxarıla bilər...

Məncə, mən özüm özümü (həm də Sizi) sakitləşdirirəm. Rüstəm İbrahimbəyovun hazırda yazlığı ssenari faciə, dram və yaxud komediya yox, farsdır, özü də – faciəvi farsdır. O, artıq koklaoynadanların iradəsi ilə hərəkət edir.

O, deyir:

“...İsa Qəmbərin öz namizədliyini hələ geri götürməməsi tamamilə düzgündür, axı həqiqətən də, əgər məni qeydiyyata almasalar, “Demokratik Qüvvələrin Milli Şurası”ndan başqa namizəd olmalıdır, digər siyasi partiyaların liderləri də öz namizədliklərini irəli sürə bilər...”

Yaradıcı insan – yazıçı, dramaturq, rejissor Rüstəm İbrahimbəyov belə fikirləşir... amma onu artıq idarə edən insanlar belə hesab etmirlər. Və buna görə də biz, üç-dörd gün sonra yaşlı kişinin dilindən bu sözləri eşidirik:

“Vahid lider – prezidentliyə namizəd olduğu halda, Milli Şuraya daxil olan demokratik qüvvələrdən başqa namizədlərin irəli sürülməsi etikadan kənar olardı”.

Sanballı, hörmətli, bir çoxlarının (o cümlədən də mən) ziyalı bildiyi və özünün də bunun belə olduğunu hesab elədiyi insan, kuklaoynadanlara çevrilən katibəciklərin yazdığı farsda iştirak etməsindən, məncə, xəcalət çəkməlidir. Xəcalət çəkməlidir,.. əgər bu hiss insanda hələ qalıbsa.

Məncə, haqlıyam.                                                                               

 

P.S.  Vətənin və xalqın “xilaskarı” Kino Günündə zühur edəcəyini vəd eləyib. Axı deyirdim, kino çəkilir də!

 

 

Video və fotolar