Mənim fikrimcə (16)

Məncə, biz çoxdan idi görüşmürdük. Mən, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə məşğul idim: namizədliyin irəli sürülməsi, imzaların toplanması, təbliğat və s. və i.a. Sonra isə özümə gəlir və belə aşağı faizlərin niyə alındığı üzərində düşünürdüm.

Qalib gəlməyə ümüd edirdim desəm, yalan olardı. Bu seçkilərin sözsüz favoriti prezident İlham Əliyev idi. Mənim məqsədim insanları proqramımızla tanış etmək idi. Bunu mən qismən edə bildim. Çünki Milli Şurada toplaşan antimilli qüvvələr qalan namizədləri bir kənara qoyaraq və şuriklər olduqlarını unudaraq, öz məsləkdaşları Gebbelsin ən yaxşı ənənləri üzrə mənə qarşı genişmiqyaslı qara piar kampaniyasına başladılar. Və mən bu çaqqal sürüsünün həmlələrini dəf etməli oldum. Bunun öhdəsindən nə dərəcədə uğurla gəldim – bilmirəm, ancaq bu məni qarşıma qoyduğum məqsəddən yayındırdı.

Məni sarsıdan bir də, anti-Azərbaycan qüvvələrin bu, üzdəniraq, vahid namizədinin seçki proramının olmaması idi. Proqramını ortaya çıxarmağı tələb edən də isə o, Mirzə Fətəli Axundovun “Aldanmış kəvkib” əsərinin qəhrəmanı Yusif Sərrac kimi, sərsəm bir sənəd dərc etdirdi və bu, ikialan ikinci sinif şagirdi səviyyəsində idi.

Məsələn, bildirilirdi ki, əgər o prezident olarsa, hüquqlarının hamsını baş nazirə ötürəcəkdir. Bu başabəla namizəd qət edib ki, konstitusiya ilə pezidentə verilən prezident səlahiyyətləri nə isə, verilə, dəyişdirilə və yaxud da itirilə bilən bir şeydir. Axı Konstitusiyaya uyğun olaraq, yalnız prezident iş qabiliyyətini itirdiyi təqdirdə onun səlahiyyətləri baş nazirə keçir, o da, bu halda  üç aydan gec olmayaraq növbədənkənar prezident seçkiləri keçirilməlidir. Amma Yusif Sərrac – şuriklərin vahid namizədi prezident kürsüsündə iki il əyləşmək istəyirdi. Beş illik müddətə seçilən və bu vəzifədən iki ildən sona canını qurtarmaq istəyən insanın məntiqini anlamaq, ümumiyyətlə götüründə, zəruridirmi. Bu axı sərsəmləmələrdir başdan ayağa.

Ardınca, şuriklərin vahid namizədi sərsəm sənədində göstərir ki, iki ildən sonra indiki parlamenti buraxacaq, yeni parlament seçkiləri keçirəcək və Azərbaycanı prezident respublikasından, parlament respublikasına çevirəcək. Bizim radikal müxalifətçilərin tam hüquqi savadsızlığı məni heyrətləndirir. Gah Azərbaycan Konstitusiyasını pozub, ikili, ya da üçlü vətəndaşlığı olan Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd etmək istəyirdilər, gah da amorf məxluq, vahid namizəd konstitusiyanı pozmağı vəd edirdi – Konstitusiyaya uyğun olaraq, prezidentin parlamenti buraxmaq hüququ yoxdur. Ancaq ən əsası, qanunu pozmaq və parlamenti iki ildən sonra buraxmaq nəyə gərəkdir, axı həmin parlamentin səlahiyyət müddəti iki ildən sonra onsuz da bitir. Məncə, çox böyük idiotizmdir.

Bax, deyin, siz yüz iyirmi litr mayeni tutumu qırx litr olan bir qaba tökə bilərdinizmi.  Dünyada hər bir dərrakəli insan deyər ki, bu mümkün deyil. Şurik Balaqanovlar və onların vahid namizədi isə bunu edə biləcəklərini bəyan edirlər. Buna görə də, professor Yusif Sərrac vəd edirdi ki, əgər o, Allah göstərməsin, prezident olarsa, büdcədən təhsilə xərcləri 40 faiz yüksəldəcək və bunda sonra da müəllim-pedaqoq heyətinin məvacibini üç dəfə artıracaq. Üzr istəyirəm, amma bu professorun yox, ikinci sinifdə ikinci ilə qalan ikialanın düşüncə səviyyəsidir. Belə insanlar professor necə ola bilir, qaranlıq məsələdir. Yəqin ki, bu, siyasət deyil, sirkdir.

 

Məncə, haqlıyam. 

Video və fotolar