Mənim fikrimcə (17)

Məncə, həyat davam edir və həyat gözəldir. Mənim qatı dostlarım uğurla dağılırlar. Rüstəm İbrahimbəyov, “şuriklərin” lideri, qəfildən siyasi kəhkəşanda peyda oldu, “stəkanda” fırtına qaldırdı və elə həmin stəkandakı su ilə də indi “yaxasını yumaqdadır”. Bizim görkəmlilərimiz İsa-Əli də Milli Şuranı tədricən keçmiş dam-durum, dambadurum təşkilatlarına, ictimai palataya və s. və i.a çevirməkdədirlər, həmsədrlik təklif etdilər və əlbəttə ki, sevimli özlərini nəzərdə tutaraq. “Şuriklərə” təsirini itirən Eldar Namazov təzədən yeni təşkilat yaradır. O, hakimiyyətin, belə başa düşdüyü kimi, batan gəmisindən qaçandan sonra (dostlar, gəmidən birinci qaçanın necə adlandırıldığını siz yaxşı bilirsiniz), eyni insanlardan müxtəlif adlar altında yeni-yeni təşkilatlar yaratmağı bacardığını göstərib, hərçənd insanların sayı getdikcə azalır. Ziyalılar forumu var idi, ziyalılar toplantısı olub, ziyalı topası olmuşdu, El, Milli Şura, “YES” bloku olub (sonuncuda biz, sosial-demokratlar da iştirak edirdik). O, qılığa girən səslə “Nyu-Vasyuki” haqqında danışa-danışa inandırmağı bacırır. “YES” blokundan sonra bizim partiyamız indən belə heç kimlə blok və birliklərdə qovuşmamaq qərarını verdi. Hətta onun, hökmən kreativ adla “bəzəyəcəyi” və bizim milli-radikallarımız kimi, “bəlkə qaytardılar” fikrinə köklənmiş təqaüd yaşlı eksləri yığacağı, yeni təşkilatının necə adlanacağını bilməyə-bilməyə də, məncə, yenə də “xox” alınacaq.

Birləşmiş Azərbaycan “şuriklərindən” vahid namizəd ulduz çağını yaşayır. O, Avropaların və Amerikaların bu ucundan girib, o birisindən çıxır, onu orada, Azərbaycanda situasiyanın sabitliyini pozmağa çalışan qərbli avantüristlərin yaxın ətrafına məxsus sima, Azərbaycan demokratiyasının atası kimi qəbul edirlər. O, getdikcə daha çox Yusif Sərrac – əfəli yox, başqa personajı, bütün Rusiya imperatorunun yaxın ətrafına məxsus olan, rus demokratiyasının atası – Kisa Vorobyaninovu xatırlatmağa başlayır. Vahid namizəd kimi, Kisa Vorobyaninov da Dövlət Dumasının deputatı üçün sədəqə xahiş-minnət edirdi. Məncə, burada şərhə də ehtiyac yoxdur.

Mən bu günlərdə İstambulda Sosialist İnternasionalının konfransında iştirak edirdim. Konfransın ilk iş gününün yarısını bizə film nümayiş etdilər. Bu filmdə, öz ölkəsinin tarixinin bir parçasını və demokratik və sivil Türkiyənin simvolu kimi qəbul etdikləri ağacları müdafiə edən insanlara qarşı islamçı hakimiyyətin vəhşilikləri lentə alınmışdı. Qocalar, qadınlar, kişilər, qızlar, cavan oğlanlar və uşaqlar, yaşlarından, dini əqidələrindən, seksual mənsubiyyətlərindən asılı olmayaraq həmin parkın müdafiəsinə, sanki, bu park öz ölkələrinin sivil dünyaya məxsusluğunun sonuncu ümidi imiştək qalxmışdılar. Hakimiyyət bunun, ölkənin həyatına dinin zorakılıqla yeridilməsinə qarşı mübarizə olduğunu başa düşdü. Bu müharibədə hakimiyyət qalib gəlsəydi, çox güman ki, Türkiyə Respublikası yaxın gələcəkdə öz adına “İslam” sözünü də əlavə edəcəkdi. Və hakimiyyət repressiv aparatın bütün gücünü müdafiəçilərin üstünə atdı: gözyaşardıcı qaz, rezin güllələr, ardınca da əsl güllələr. Yeddi nəfər həlak oldu, üç yüz nəfərdən çox şikəst oldu, lakin xalq qalib gəldi, çünki apriori xalqa qalib gəlmək mümkün deyil. Bütün Türkiyə ayağa qalxmışdı, bir şəhər də yox idi ki, insanlar küçələrə tökülüşməsin və etiraz etməsin. Hamı hər yerdə öz şəhərini “Gezi parkı” elan edirdi, yeri gəlmişkən, bu, hakimiyyəti İstambula əlavə qüvvələr göndərmək imkanından məhrum etdi. Və ən əsası, ədliyyə, məhkəmə xalqın tərəfində idi və haqqında söhbət gedən parkın ləğv edilməsinin qanunsuz olduğu haqqında qərar çıxartdı.

Məncə, biz də birləşməli və Dağlıq Qarabağı müdafiə etməliyik.

Məncə, haqlıyam. 

Video və fotolar