Mənim fikrimcə (18)

Məncə, hər gün bizə maraqlı nə isə bəxş edir. Hə də, deyə bilərsiniz ki, nəfəslikdən Amerika açır. Amma bu elə deyil.

Hələ lap bu yaxınlarda ABŞ və Avropa Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanın müstəmləkəyə çevrilməsini artıq həll olunmuş məsələ hesab edirdilər.Ukrayna müstəmləkələşdiriləndən sonra Rusiyanın, Zbiqnev Bzjezinskinin öncədən dediyi kimi, qüdrətli dövlət olmasına son qoyulacağı da real idi. Ancaq Avropa İttifaqı son zamanlar, ABŞ-ın XXI əsrin əvvəllərində etdiyi eyni səhvlərə yol verir. Həm özünəarxayınlıq, həm opponentlə söhbətdə ultimativ ton, həm təkəbbür Aİ-ni məğlubiyyətə gətirir. Lap bu yaxınlaradək Almaniyaya səcdə qılmağa hazır olan, Angela Merkeli isə az qala məsiha kimi qəbul edən Avropa məyusluq içindədir. Bütün dünyanın gözləri önündə Yunanıstanı və yunan Kiprini müflis etdilər, sosialist düşərgəsinin keçmiş ökələrini əlimyandıda Aİ-yə qəbul elədilər və onları kapitalist düşərgəsində, ola da bilsin ki, konsentrasiya düşərgəsində qapayıblar. Axı acınacaqlıdır, Şərqi Avropanın bir çox ölkəsi Avropa İttifaqının üzvü olduğu halda, onların vətəndaşları Şengen müqaviləsi üzrə hərəkət və iş azadlığı hüququndan istifadə etmək imkanından məhrumdurlar. Yəni Aİ-də ikinci növlü insandırlar. Əgər onlara münasibət belədirsə, onda təbii ki, Sovet İttifaqının keçmiş respublikalarına üçüncü növlü ölkələr, vətəndaşlarına isə üçüncü növlü insan kimi yanaşılacaq. Məncə, bərk yanılıblar...

Ukrayna bir ayağı ilə artıq bataqlıqda idi, yüngülcə dümsükləmək qalırdı ki, hər iki ayağı ilə ora girsin və onda onu sovurub çəkəcəkdi, Aİ onu həzm-rabedən keçirəcəkdi və ondan qalan yalnız hava köpükləri olacaqdı.

Heç kimə sirr deyil ki, əhali sayı 52 milyon nəfər olan Ukrayna iqtisadi potensialına görə Avropada ən zəngin dövlətlərdən biridir, insanları isə, yumşaq desək, çox da imkanlı deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, Sovet İttifaqı parçalanandan sonra müstəqil olan ölkələrdən heç hansı bir göz qırpımında möhkəm iqtisadi əsas yarada bilməzdi. Çünki Sovet İttifaqında iqtisadi məkan elə bir şəkildə qarşılıqlı bağlı idi ki (çox vaxt bu süni səciyyə daşıyırdı), keçmiş respublikaların ayrı-ayrılıqda iqtisadiyyatlarının qısa zaman kəsiyində bərpası qeyri-mümkün idi. Lakin Ukraynada buna ölkənin qərbində qatı millətçilik və Krımda millətçilik əlavə olundu. Üstəlik də hələ, Avropada hazırlanan və Ukrayna xalqına sırınan, bədnam narıncı inqilab özünü yetirdi. Ukrayna xalqı müdrik xalqdır. Narıncı mikrob-saqqızı Yuşşenkonun prezidentliyinin yalnız bir müddət ərzində çeynədi və tüpürüb atdı. Ölkə tədricən inkişaf məcrasına qayıdır.

Ukraynada maraqlı hal odur ki, millətçi hərəkatın lideri “hörüklü xanım”, Yulya Timoşenko oldu – Yulya Telegina da, Yulya Qriqoryan da o özüdür. Həqiqətən də, erməni xalqı dahidir. Deyirlər ki, Roma Papasından çox katolik olmaq mümkün deyil. Yulya Qriqoryan sübut etdi ki, dəyişilib Yulya Timoşenko olmaqla ən böyük millətçiyə çevrilmək mümkündür. Bax indi o və tərəfdalrları Ukraynanı “Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya” ağuşuna itələyirlər. Bəs Avropa İttifaqı nə elədi? “Avropalarda” qərara gəldilər ki, özləri marşal Jukovdurlar, Ukrayna isə admiral Denis və kapitulyasiya şərtlərini diktə etməyə başladılar:

a) Yulya Timoşenko həbsxanadan azad edilir (bura o, Ukraynanın baş naziri olduğu dövrdə küllli-miqdarda dövlət əmlakını oğurladığına görə düşüb), ya da heç olmasa, ağır xəstə olduğunu nəzərə alıb onu müalicə üçün Avropaya göndərirlər. Çox qəribədir ki, siyasətçilər, nazirlər, oliqarxlar, oğurluq edəndə cırcırama kimi tullanıb-düşürlər, “xidmətlərinə görə” “təltif olunmalarına”, yəni həbsxanaya salınmalarına bənddir və dərhal əldən düşmüş və azarlı insana çevrilirlər. Bax indi də, Yulya Qriqoryan-Telegina-Timoşenkonun dayaq-hərəkət oynaqları xəstəsi olduğu aşkara çıxıb. Onun həbsxana kamerasında (yeri gəlmişkən, bu cür həbsxana kamerası qərbdə yoxdur) dördayaqlı dayaq əsanın köməyi ilə necə ağır-ağır gəzdiyi həkk olunmuş kadrları bütün dünyada nümayiş etdirirlər. Və hamı onun halına acıyır, timsah göz yaşı tökür. Bəs onlar (məsələn, mənim kimi) diqqət yetiriblərmi ki, dayaq-hərəkət oynaqları xəstəsi olan qadın həbsxana kamerasında on beş santimetr hündürlüyündə dikdabanlarda gəzir. Məncə, ağılsızlıqdır...

b) Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanması müqabilində Ukrayna yüz altmış beş milyard (!) avro, yəni Ukraynanın beş illik büdcəsi qədər haqq “ödəməli” olacaqdır. Doğrudur, əvəzində yardım qismində, əlbəttə, güzəştli faizlərlə iki-üç milyard alacaq.

c) Əhali üçün məişət qazının qiyməti iki dəfə qalxmalıdır, Mənzil Kommunal Təsərrüfatı xidmətləri də – iki dəfə bahalaşmalıdır. Ukrayna istehsal etdiyi kənd təsərrüfatı məhsullarına əlavə dəyər vergisi tətbiq etməli olacaq (bu, Ukrayna kənd təsərrüfatı məhsulları isehsalını avtomatik surətdə rəqabətədavamsız edəcək). Ukrayna metallurgiya sahəsinin məhsulunu azaltmalı olacaq, əməkhaqqı və təqaüdlər beş il müddətinə dondurulacaq.

Bundan sonra Ukrayna Avropa İttifaqının müstəmləkəsinə çevrilməlidir, amma XX əsrin əvvəllərinin Afrika müstəmləkələrindən də betər müstəmləkə olacaq.Məncə, bu dəfə Aİ ağını çıxartdı. Ukrayna xalqı müstəmləkə olmaq yox müstəqillik haqqında arzu edirdi. Lakin şəbəkələ işə düşdü, nümayişçilərə xərclənmək üçün pul sel kimi axdı, Vitali Kliçko başılovlu ortaya atıldı, elə bil Biktor Yanukoviçlə döyüşü olmalı imiş. Ac-yalavac tələbələri çəkib gətirdilər, “Avropa” meydanında olacaqları hər gün üçün 80-100 qriven (1 qriven = təqribən, 12 sent) vəd ediblər, onları borş və qorelka ilə təmin edirlər (yeri gəlmişkən, demə, sabahkı gün haqqında düşünə bilməyən, bütün fikri-zikri bir qarın çörək olan aldadılmış gənclər yanız bizimkilər deyil). Və hamı yeni, narıncı inqilab-2 haqqında danışmağa başladı. Ancaq bəlli olduğu kimi, tarix bir dəfə faciə, ikinci dəfə fars kimi təkrar olunur. Yulya Timoşenko isə özünü Janna d’Ark kimi aparıb təklif etdi: “xay” (qoy olsun) həbsxanadan məni buraxmasınlar, təki Avropa İttifaqı ilə Ukrayna arasında assosiasiya haqqında sazişi Ukrayna imzalasın.

Ukrayna xalqı tamamilə dəqiq ki, axmaq deyil və müstəmləkə olmağa qətiyyən hazırlaşmır. Bax bizdə isə, əfsus, buna can atan idiotlar var (bu haqda növbəti dəfə).

 

Məncə, haqlıyam.

Video və fotolar