Mənim fikrimcə (22)

Məncə, biz düz keçən ildən bir-birimizlə söhbət etmirdik. Ötən müddət ərzində ictimaiyyətin diqqətini cəlb edən bəzi hadisələr baş vermişdir. Məsələn, Musavat Partiyası antimilli şuriklər yığnağını tərk etmək üçün səbəb tapa bildi. Onlar elə hey irad tuta-tuta, axtara-axtara qalmışdılar və nəhayət, növbəti silahdaşlarının cərgəsini nə deyib tərk edəcəklərini tapdılar. Hərçənd “növbəti” sözü çox da korrekt deyil, axı bu həmin silahdaşlardır ki, Musavat 1988-ci ildən bu yana onlarla gah öpüşür, gah da qapışır – lap elə bil “Malinovkada toy” kinofilmində Popandopulonun mahnısındakı Marusya kimi. Musavatın antimilli şurikləri tərk etmək üçün yararlandığı bəhanə, guya Rüstəm İbrahimbəyovun antimilli şuriklərin fəxri sədri ola bilməməsi tezisidir, çünki onun Rusiya vətəndaşlığı var və deməli, onun Rusiya qarşısında öhdəlikləri də var (yeri gəlmişkən, musavatçılar keçmiş vahid namizəd Rüstəm İbrahimbəyovun üçüncü vətəndaşlığı və onun ABŞ qarşısında öhdəlikləri haqqında nə üçünsə xatırlatmırlar), yerli natsilərin (Natsi (bəzən nasist kimi də işlənir) – qatı millətçi) incə qəlbləri isə buna tab gətirə bilmir. Məncə, bunu edərkən onlarda uşaq gözlənilməzliyi halı baş verib, axı Azərbaycanda keçririlən sonuncu prezident seçkilərində Rüstəm İbrahimbəyovun antimilli şuriklərin vahid namizədi olması hüququnu onlar ağızları köpüklənə-köpüklənə müdafiə edirdilər. Antimilli şuriklərin məntiqi ilə belə çıxır ki, ikinci, üçüncü və s. və i.a. vətəndaşlığı olan insan Azərbaycan Respublikası prezidenti postuna iddia edə bilər (bu natsilərə əl verəndə), amma antimilli şuriklərin fəxri sədri ola bilməz – bu, Musavatdan olan natsilərə əl verməyəndə?! İndi isə əsl səbəblərə keçək.

 

Məncə, bütün məsələ puldadır. Soruşacaqsınız ki, hansı pulda. Cavab verə bilərəm. Birincisi, Rüstəm İbrahimbəyovun seçkilər ərəfəsində ictimaiyyət qarşısında geniş anonsunu verdiyi və Rusiya, Avropa və Amerika Birləşmiş Ştatalrından cəlb etməyə hazırlaşdığı pulları xatırlamaq lazımdır. Ehtimal olunur ki, o, hər halda “nə isə” yığa bilmişdi və “nə isə” vermişdi, ancaq görəndə ki, verdiyi “nə isə” hər şeyə (avtomobil, mənzil, villa, ailə-məişət və s.) xərclənsə də, bircə siyasi mübarizəyə yönəldilmir, onda Rüstəm “papağını qabağına qoyub” fikirləşir ki, “mən hərif deyiləm, yerdə qalan “nə isə” özümə də lazım ola bilər”. İkincisi, xaricdən gələn, Musavatın, AXCP-nin, “Yeni Müsavat”ın və “Azadlıq”ın cibinə axan və hətta onların ətrafındakı bəzi qır-saqqızların da ovcuna damcılayan maliyyə axınlarını xatırlamaq lazımdır. Bax bununla bizim natsilər kiminlə isə bölüşməyə qətiyyən hazırlaşmırlar və təbii ki, özlərinin itələyib üzə çıxardıqları Yusif Sərracın – Coni Qurdbasan da elə odur – prezident seçkilərindən sonra, zənn etmək olar ki, sədəqə yığmaq üçün bizim natsilərin ölkə-xozeyinlərinə turneyə çıxması onları bərk narahat edir. Məlum olduğu kimi isə, bütün dünyada elədir ki, sədəqə yığanların öz məxsusi fəaliyyət məkanı var və başqaları ora buraxılmır. Və ümumiyyətlə, şuriklərin hamısının bir dam altında topalanması xarici layihə olub. Barışmazlar, seçkilərdə qalib gəlmək üçün yox, xozeyinlərini incik salmamaq üçün barışmışdılar və “topaya qalaqlanmışdılar”, xozeyinləri isə, artıq neçə dəfə başlarına çırpılan dırmığı növbəti dəfə basdaladılar. Necə düşünürsünüz, həmin kosponsorların ağlı başına gəlib? Məncə, yox.

Və deyəsən, haqlıyam.

Video və fotolar