Mənim fikrimcə (25)

Məncə, biz lap çoxdan idi bir-birimizlə fikirlərimizi bölüşmürdük. Əvvəl, saytımız kimin isə xoşuna gəlməmişdi, sayt bağlandı, köhnə materialları oxumaq olurdu, təzə materialları yerləşdirmək mümkün deyildi. Sonra isə mən yox idim. Bu müddət ərzində dünyada lap çox hadisə baş verib və həmin hadisələrin bu və yaxud başqa şəkildə bizə də aidiyyəti var. Ukraynada Yanukoviç getmək, daha doğrusu, qaçmaq məcburiyyətində qaldı, əks təqdirdə onu Bankovski küçəsində elə birincə fənərdə də asacaqdılar. Nə demək olar? Əgər sən qanuni prezidentsənsə, zəhmət çək ölkəni və xalqı qanuni yollarla faşistlərdən və banditlərdən müdafiə elə. Əgər sən qanuni prezidentsənsə, öz ətrafına (qohumlara, dostlara) xalqı qarət etməyə imkan vermə. Əgər sən qanuni prezidentsənsə, səndə qətiyyət olmalıdır, qorxaqlıq yox. Əgər sən qanuni prezidentsənsə, ölkənin hansı istiqamətdə və kiminlə gedəcəyini dəqiq və aydın müəyyən etməlisən. Yanukoviç bütün bunları etmədi, ABŞ və Avropa İttifaqından olan day-daylardan və xalaşkalardan qorxdu. Almaniya, Fransa və Polşa öz xarici işlər nazirlərinin simasında “Maydan”ı dayandıracaqlarını söz verdilər, o şərtlə ki, Yanukoviç “Berkut”u yığışdırsın. Yanukoviç “Berkut”u geri çağırdı, faşistləri isə “Maydan”dan yığışdırmağa heç kim heç hazırlaşmırdı da. “Axmağın başı həmişə qapaz altında olar”. Yanukoviç Rusiyaya qaçdı, Ukrayna xalqını Stepan Banderanın varislərinin, Ukrayna faşistlərinin yeni nəslinin caynağında qoydu. Şəxsən mən bu situasiyada, öz vətənlərinin əsl patriotu olduqlarını nümayiş etdirən  “Berkut”un döyüşçülərinə və Ukrayna xalqının halına acıyıram, indi onlar faşist banderaçılarının tapdağı altındadırlar. Stepan Bandera Ukraynanın qərb ərazisində – Qaliçinada fəaliyyət göstərirdi və nə vaxtsa bütün Ukraynanın ayaqları altında ola biləcəyi, ölkənin bütün ərazisində fərqli fikirdə olanları alçaltmaq, “moskalları” basıb əzmək, Ukraynada həlledici vəzifələri ələ keçirmək və prezident postuna iddia etmək mümkün ola biləcəyi onun heç yuxusuna da gəlməzdi. Gülünc vəziyyət yer alıb. Ukrayna prezidentinin vəzifəsini icra edən Turçinov – baptist pastorudur, “şıre ukraynalı” (qatı, zır ukraynalı) – Arsen Avakov isə Ukraynanın Cənub-Şərqinə, bütün ölkəni yedizdirən ərazilərin sakinlərinə ultimatum verir. Xarkov vilayətinin qubernatoru olduğu dövrdə Avakov çapıb-taladığı bu regiondan qaçıb Rusiyada sığınacaq tapmaqla canını həbsxanadan qurtarmışdı, dövran dəyişdi – indi o, həm Rusiyanın üstünə, həm də Ukraynanın on milyonlarla rusdilli əhalisinə hürür. Söz düşmüşkən, Rusiya əkdiyini becərir, həmişə sinəsində zəhərli ilanları bəsləyib – ya Timoşenko-Qriqoryan olsun, ya Avakovu, ya da başqa hansı isə bir əfi. Rusiya dostlarını düşmənlərindən seçməyi öyrənəndə, o vaxt da ruslar yer üzündə sakit yaşaya biləcəklər...

Məncə, Rusiya Amerika Birləşmiş Ştatlarına və şəxsən prezident Barak Obanaya hədsiz səxavətli bəxşişə görə hədsiz minnətdar olmalıdır. Mixail Zadornov deyəndə ki, “bu amerikalılar, day lap kütbeyindirlər” – əvvəl-əvvəl gülməli idi. Ancaq sonra bezikdirdi, amma necə deyərlər, yüz dəfə adama de – sən donuzsan, yüz birinci dəfə o x-xorulduyacaq. Zadornovdan fərqli olaraq, mən deyə bilmərəm ki, amerikalılar kütbeyindirlər, amma Bill Klintonun dövründən bu yana prezidentlərin hamısı və onların komandaları kütbeyin, analitiklər sarsaq, qəbul edilən qərarlar – idiotcasına olub. Dünyaya demokratiya gətirdikləri ilə bağlı (özləri bunun elə olmadığını bilirdilər) maniakal müddəaları bəşəriyyəti fəlakət astanasına gətirib. Beynəlxalq hüquq yox olub, amerikalı və NATO-çuların ayağı dəyən hər yerdə xaos hökmran olur, qan su yerinə axır... Deməli, yoldaş Obama beş milyard “Amerika rublu”, yəni dollar xərcləyib ki, qatı dostu Vladimir Putinə Krımı hədiyyə etsin, indi də Ukraynanın Cənub-Şərqini peşkəş etmək üçün əlindən gələn hər şeyi edir. Məsələ isə ondadır ki, əgər Krımda hər şeyi qansız ötüşdürmək mümkün oldusa, Ukraynanın Cənub-Şərqində böyük vətəndaş müharibəsi alovlana bilər. Əgər ABŞ bu müharibənin qarşısını almaq istəyirsə, bir vaxtlar “fas” komandasını verdiyi öz köpək-faşistlərinə, indi də “fu” əmrini verməlidir. Şəxsən mənim Ukraynanın vətəndaşlarına çox yazağım gəlir, onlar belə bir taleyə layiq deyildilər. Mən Kiyevin sakinlərinin halına da bərk acıyıram, faşist-banderaçılar evlərinin girişini ayaqyoluna çevirəndə onlar heç burunlarını da bayıra çıxartmadılar, faşistlər tökülüşüb Kiyevi ələ keçirəndə cınqırları çıxmadı və istila olunmalarına imkan verdilər. Heyif... Kiyev o şəhərlərdən deyildi ki, mərkəzi meydanında donuz saxlansın, bağ-bostan salınsın. Ancaq Kiyevin sakinlərinin meşşan psixologiyası nə baş veribsə, onun da baş verməsinə gətirdi.

Məncə, biz bu mövzunu hələ davam edəcəyik, çünki Ukraynada faciə davam edir və bu hələ uzanacaq. Məni narahat edən bizim öz vəziyyətimizdir – zaman bizə işləmir və biz Qarabağ problemini hərbi yolla həll etməliyik, beynəlxalq hüquqa güvənməyə dəyməz. Beynəlxalq müqavilələrin hamısı, BMT-nin Nizamnaməsi cındır halına salınıb, dünya yalnız kobud hərbi gücün hökmran olduğu mərhələyə qayıdıb. Kim güclüdürsə, haqlı da odur! Əziz bacılar və qardaşlar, bunun üzərində düşünün, bizdəki faşistlərə baş qaldırmağa imkan verməyin, onlar bir dəfə, 1992-ci ildə on iki ay hakimiyyətdə olmuşdular və indi – bəlkə də qaytardılar xəyalı ilə yaşayırlar. Xalqı vahid birləşdirmək və Vətəni işğalçılardan azad etməyə hazırlaşmaq lazımdır.

Məncə, haqlıyam.

Video və fotolar