Mənim fikrimcə (26)

Bizə müraciət edən oxucumuz partiyamıza mövqeyinə görə təşəkkürünü bildirir və koordinatlarımızı xahiş edir. Hörmətli dost, bizim koordinatımız: e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

                                     

Məncə, artıq dünyada o dərəcədə sadəlövh, ya da axmaq adam qalmamışdır ki, anlamamış olsun – bu dünyada həqiqət yoxdur! Sovet dövrünün lətifəsi yada düşür. Sovet İttifaqında camaat səhər tezdən “Soyuzpeçat”ın köşkləri qarşısında qəzet almaq üçün uzun növbələrdə dayanırdı (o dövrlərdə harada növbədə dayanmırdılar ki). Aydın məsələdir ki, ən populyar mərkəzi qəzetlər “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda”, “Sovetski sport” birinci satılıb qurtarırdı. Deməli, lətifə bax belə idi. Köşkə nisbətən gec yaxınlaşan alıcı köşkçüdən soruşur: “Pravda” (hərfi mənada, həqiqət) var, cavab – yoxdur. “İzvestiya” (hərfi, xəbərlər) var, cavab – yoxdur. “Komsomolskaya pravda” (hərfi. komsomol həqiqəti) var, cavab – yoxdur. “Sovetski sport” (hərfi, Sovet idmanı) var, cavab – yoxdur. Bəs axı nə var? Cavab – “Trud” (hərfi, əmək, zəhmət) 2 qəpiyə...

İndi də, müasir dünyada ədalət yoxdur, demokratiya yoxdur, bərabərlik yoxdur, insan hüquqlarının müdafiəsi yoxdur. Bəs axı nə var? Qüdrətli dövlətlərin maraqları var, əllərində də böyük dəyənək və çox böyük qaşıq tutublar. Onların həm də çöyük xəncərləri var və onlar əlinizdəki yağı qapıb almaq və öz çörəklərinə yaxmaq üçün həmin xəncəri hər an sizin kürəyinizə sanca bilərlər.

Məncə, yerli oliqarxlar bütün bunları dəqiq mənimsəyib, qüdrətli dövlətlərin getdikləri eyni yolla gedirlər. Əgər qüdrətli dövlətlər nisbətən zəifləri məmnuniyyətlə qarət və müflis edirlərsə, vaxtilə xalqı talan etmiş, əhalinin əsas hissəsini var-yoxdan çıxarmış, bir çox nəsillərin qan-təri bahasına yaradılan əmlakı və milli sərvətləri özününküləşdirən oliqarxlar da öz xalqlarına münasibətdə özlərini düşməncəsinə aparırlar. İmkanları olsa, onlar da, “moskalları atom silahı ilə gülləbəran etmək” niyyətində olan Yuliya Timoşenko-Qriqoryan kimi (və belə təfəkkür və nitq sahibi olan bu məxluq Ukraynanın rəhbəri olmaq istəyir), yalnız “moskalları” yox, öz xalqlarını da qırardılar. Yanukoviçin korrupsiyalaşmış hakimiyyətinə qarşı “mübarizə” aparan və onu yıxan Ukraynanın yeni faşist rəhbərliyi regionlarda qubernator vəzifəsinə oliqarxları təyin edib, axı jov to – blokitnaya faşist çirkabını onlar maliyyələşdirmişdilər. İndi qubernator kreslolarına əyləşdirilən oliqarxlar Almaniyanın qəhvəyi faşistlərinin üslubunda fəaliyyət göstərməyi qərara alıblar (söz düşmüşkən, Adolf Hitleri alman maqnatları maliyyələşdirirdilər, doğrudur, Hitler onlara vəzifə verməmişdi, əvəzində əllərindən hər şeyi almışdı). Alman faşistləri işğal etdikəri ərazilərdə kommunistlərin, komissarların, partizanların, komsomolçuların təhvil verilməsi müqabilində pul mükafatı vəd etdikləri kimi, indi ukraynalı faşistlər də “yaşıl adamcıqlar” adlandırılanların, yəni Rusiya agentlərinin başına pul mükafatı kəsiblər. Hər təhvil verilənə görə 10.000 dollar. Əlbəttə, əgər insanı qətlə yetirmək üçün pul təklif edən əclaflar varsa, həmin pulu “qazanmağa” can atan “anasının əmcəyini kəsənlər” də tapılacaq. Bu günlərdə baş verdiyi kimi, guya 28 belə adam tutublar, qonşu öz qonşusunu, quda öz qudasını, kirvə kirvəni, qardaş qardaşı tutub. Ən maraqlı isə odur ki, Ukrayna  daxili işlər nazirinin vəzifəsini icra edən Arsen Avakovdan mükafatın ödənməsini tələb edəndə, bu adam cüzi də tərəddüd etmədən, hamını Dnepropetrovck vilayətinin qubernatoru, oliqarx İ.Kolomoyskinin (varidatı – $3,645 qiymətləndirilir) üstünə göndərdi, yəni o söz verib, qoy özü də haqq-hesab çəksin.

Ümumiyyətlə isə sual meydana çıxır. Faşistlərin rəhbərlik etdiyi Ukrayna Ali Radası ölkə konstitusiyasına tüpürərək öz xalqına qarşı ordu əməliyyatının başlanmasını elan edibsə, bəs onda hansı isə oliqarxın mükafat vəd etməsinə nə ehtiyac var? Ehtiyac isə ona görə yaranıb ki, ordu əməliyyatlarının ilk günlərində bəlli oldu ki, Ukraynada ordu heç yox imiş. Hərbiçilərin qat-qat vicdanlı olduqları üzə çıxdı (öz bacı və qardaşlarını qırmaqdan imtina etdilər), üstəlik də hələ aclıq çəkirmişlər. Ukrayna hakimyyəti bunu inkar etməsə də, bildirdi ki, böyük iş olub, yolda olduqları vaxt 3-4 gün ac qalıblar. Ona görə də təəccüblü deyil ki, Ukraynada ordunun ehtiyacları üçün əhalidən vəsait yığıldığı elan olunub (axı pulu, Z.Bzjezinski təklif etdiyi kimi, oliqarxlardan yığmayacaqdılar ki). Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumata görə, aprelin 16-ı üçün Müdafiə Nazirliyinin hesablarına 101,5 milyon qrivna – ölkə əhalisinin hər nəfərindən orta hesabla 2 qrivna, bundan da başqa, 57,3 min ABŞ dolları və 32,1 min avro (Ukrayna oliqarxları öz avtomobillərinə bundan xeyli çox xərcləyirlər) daxil olmuşdur. Bütün bu məbləği dollarla saymaq (təqribən, 1 dollar = 10 qrivna hesabı ilə) və nə qədər vəsait toplandığını hesablamaq, bu məbləğlə əlli milyonluq ölkənin ordusunun ehtiyaclarını necə ödəmək, hələ üstəlik də bu, necə deyərlər, ordunu öz vətəndaşlarını öldürməyə göndərmək necə mümkün ola biləcəyini götür-qoy etmək çox da çətin deyil. Öz aramızdır, axı hər cür, o cümlədən də hərtərəfli hərbi yardım söz verən amerikalılar da vur-tut iyirmi-otuz min nəfər üçün quru qida təqdim etməklə məhdudlaşıblar. Ukraynanın indiki rəhbərlərinin Z.Bzjezinskinin layihəsinə daha diqqətlə yanaşmasına, yəqin ki, dəyərdi. Xatırladım ki, Z.Bzjezinski ukraynalı oliqarxların hər birini bir-iki milyard “atışmağa” məcbur etməyi təklif eləmişdi, amma bu “layihə” sanki əmr edilibmiş kimi unudulub. Görünür ona görə ki, həmin oliqarxların milliardları əsas etibarilə okeanın o tayındakı banklarda yerləşdirilib, oradan qopmağa onlara kim icazə verəcək, məgər bunun üçün cəlb etmişdilər... Və indi, Ukraynanın hazırkı ordusunun vəziyyətini və Ukraynanın bugünkü hökmdarlarının ordunun qarşısında qoyduqları vəzifələri təsəvvür edəndə, qeyri-ixtiyari olaraq, damda yaşayan Karlsonu xatırlayırsan. O, dostlaşdığı balacanın dayəsini göstərib soruşurdu: “Nədir, o bu qutuya girmək istəyir?”. Və dayənin ölçülərinə baxıb, onu televizorun eni-uzunu ilə tutuşdurandan sonra deyir – yox, o bura yerləşməyəcək...

Heyif, səd heyif Ukrayna xalqından! Oliqarxlar, beş korrupsioner-prezident bu xalqı elə bir vəziyyətə saldı ki, bunu əsrlər ərzində edə bilməmişdilər. Ukraynanın himnində ən təəssüratlandırıcı məzmunlu cümlə “şo ne vımerla Ukraina” ifadəsidir. O, ölməzdi də, əgər beş korrupsioner-prezident, on nəfərə yaxın oliqarx və bir neçə min faşist olmasaydı... Belədə isə – yaşayarıq, görərik...

Məncə, haqlıyam.

 

P.S. Mərhəmətli insanlar, familiyasında “avak” hərf birləşməsi olan adamları heç vaxt güc strukturlarına yaxın buraxmayın. SSRİ NKVD-nin naziri Avakkumovu və Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən Avakovu xatırlayın.

Video və fotolar