Mənim fikrimcə (27)

Məncə,ruhi xəstəlik güclənməkdədirBiz, necə deyərlər, nasdemlərin liderlərinin müxtəlif anlaşılmaz addımlarının şahidi oluruq, amma onların əslində Ukraynanın “Pravıy sektor” (Sağçı sektor) və “Svoboda” kimi neonasistlərlə, ermənilərin Ümummilli Ermanistan Hərəkatı və s. bu kimi müxtəlif faşistlərlə çoxdan möhkəm dostluq etdiklərini nəzərə alanda, həmin addımların kifayət qədər anlaşılan olduğunu görürük.Özlərini milli demokrat adlandırmaqda davam etsələr də, onlar 1992-ci ildə dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirən və həmin dövrdə Azərbaycanı, indi Ukraynada baş verənlə eyni olan situasiyaya salan adamlardır. Azərbaycan Xalq Cəbhəsi o vaxt Azərbaycanda hakimiyyəti ələ keçirəndə mən, hakimiyyətə mavi faşistlərin gəldiyini demişdim. Azərbaycanın ədliyyə nazirinin o vaxtkı birinci müavini, vəzifəyə Xalq Cəbhəsinin qoyduğu Aydın Kərimov, Azərbaycan Xalq Cəbhəsinin o vaxtkı liderlərinin şərəf və ləyaqətini təhqir etdiyimə və onların seksual oriyentasiyalarını şübhə altına aldığıma görə, məni məhkəməyə verəcəyini və həbs etdirəcəyini bildirmişdi. Cavabında demişdim ki, birincisi, faşistlərin şərəf və ləyaqəti olmur, olmayan nəyi isə təhqir etmək də mümkün deyil. Seksual oriyentasiyaya gəlincə isə, nazirin müavini bu haqda yəqin ki, məndən çox bilər, şəxsən mən isə onların türkçülüyə oriyentasiya edən faşist olduqlarını nəzərdə tutmuşdum. Bundan sonra mən bir neçə dəfə ona zəng etdim və üzərimdə məhkəmə qurumasını tələb elədim, heyif imtina etdilər, yoxsa mütləq sübut edəcəkdim ki – onlar faşistdirlər.

Xalq Cəbhəsi indi mövcud deyil, çiliklərindən çox sayda partiya yaradılsa da, aparıcı iki partiya – İsa Qəmbərin və Əli Kərimlinin başçılıq etdikləri, müvafiq olaraq, Musavat və AXCP-dir, onlar da yatıb yuxuda Azərbaycanda xaos baş aldığını, respublikanı idarə etdiklərini, cəmiyyətin tör-töküntülərinin yenə də onların ətrafında toplaşdığını... görürlər. Ancaq onların xəyalları gerçəkləşməyəcək, xalqın gözü tərəzidir və xalq anlayır ki, onlar Azərbaycanı sevmirlər, onların sevdiyi – hakimiyyətə gələrlərsə, heç vaxt sevmədikləri Azərbaycanı və varlığını həmişə şübhə altına qoyduqları Azərbaycan xalqını darmadağın etməklə mənimsəyə biləcəkləri azğın, çirkli puldur. Məncə, onlar hakimiyyətə gəlmək üçün hətta Qarabağı da ermənilərə bəxşiş etməyə hazırdırlar – indiki milli-demokratların öz sələfləri hesab etdikləri musavatçıların XX əsrin əvvəllərində Yerevan xanlığını ermənilərə verdikləri kimi. Onlar axura çatmaq və təpişdirmək naminə istənilən xarici dövlətin tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Bax, indi onlar Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanmasının mümkünlüyündən dəm vurmağa başlayıblar və başda ABŞ-ın Azərbaycanda səfiri Morninqstar olmaqla, çaqqal kimi ulaşırlar. Davranışına görə mühaklimə yürütsək, Morninqstar heç də dan ulduzu təəssüratını doğurmur, o, sadəcə,  siyasət üçün artıq qocalmış və nəcib insanın qonaq gəldiyi evdə özünü necə aparmalı olduğu barədə təsəvvürü olmayan bir şəxsdir. Nə edəsən, alınmır, cındırdan bəy olmaz.

Son zamanlar bəzi politolux-kəmsavadlar yen’ Azərbaycanda Rusiyanın “beşinci kolonunu” axtarır. Əgər tapmaq istəyirlərsə, qoy güzgüdə özlərinə, ya da Rusiya səfirliyində verilən qəbullara gələndə bir-birinin sifətinə baxsınlar. İstisnasız olaraq onların hamısı oradadır, məsələ isə bircə ondadır ki, bu adamlar eyni vaxtda həm ABŞ-ın, həm NATO-nun, həm də istənilən başqa, Azərbaycanı sevməyən və onu öz ayağının yanında görmək istəyən dövlətin “beşinci kolonu”durlar.

Məncə, alınmayacaq. Onlara indiyədək sülənənlərdən savayı, ayaqlarının yanında başqa heç kim olmayacaq – ələlxüsus da, azad və müstəqil Azərbaycan dövləti.

 

Məncə, haqlıyam. 

Video və fotolar