Mənim fikrimcə (28)

 Məncə, Ukraynada baş verən hadisələr haqqında dediklərim öz təsdiqini tapmaqdadır. Ukraynada faşizm bərqərar olmaqdadır, Ukraynada faşizm möhkəmlənməkdədir və Amerika Birləşmiş Ştatları Ukrayna faşistlərini birmənalı dəstəkləyir. ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauerin hələ 50-ci illərdə ifadə etdiyi formul günü bu gün də qüvvədədir: “Bəli, Samosa, köpəkoğludur, amma o, – bizim köpəkoğludur”. Ukraynada hakimiyyətə faşistlərin gəldiyini ABŞ-da gözəl anlayırlar, məsələ isə ondadır ki, onların əllərinin altında başqa yaramaz yoxdur. Ən tragikomiki olan isə odur ki, Maydan, “Rədd olsun oliqarxiya və korrupsiya!” şüarları altında başlasa da, nəticədə, necə deyərlər, demokratik və düzgün keçirilən seçkilərdə hakimiyyətə oliqarx, korrupsioner və oğru Petro Poroşenki gəldi, onun yeri isə mərifətli həbsxanada “paraşa”nın yanında olardı. Belə baxanda, Turçinovun, Yasenyukun, Kolomoyskinin, Yaroşun, Timoşşenkonun, Tiqnibokun, Nimirovskinin və digərlərinin də yeri elə ora olmalıdır. Amma bu gün ziyafəti onlar verirlər.

Heyrətləndirən odur ki, onlar həm də Ukraynanın prezidentlərinin hamısının – Kravçukun, Kuçmanın, Yuşşenkonun, Yanukoviçin dövründə də üzdə olublar, doğrudur, birinci rollarda olmasalar da. Həqiqətən də, deyildiyi kimi, cəmiyyət su kimidir, qızıl dibdə yatır, zir-zibil isə üzə çıxır, bax bunlar da üzə çıxıblar və heç cür batmırlar. Lap elə Azərbaycandakı kimi. Doğrudur, bizim faşistlər hakimiyyətə 1992-ci ildə gəlmişdilər və vur-tut bir il hökmranlıq etmişdilər. Niyə? Məncə, ona görə ki, Ukraynada zir-zibil yavaş-yavaş üzə çıxırdı, var-dövlətini künc-bucaqda yığırdı və yalnız sonra oliqarxlara çevrilmişdi. Həmin iyirmi üç il ərzində onlar müəyyən vəzifələri tutur, idarəetmə təcrübəsi toplayırdılar. Oxamadılar oxşamışlarına – bizim faşistlər həmin andaca üzə çıxdılar və faşist xislətlərini göstərməyə başladılar. İdarəetmə təcrübələri yox idi, xalqın sərvətini mədəni mənimsəmək təcrübələri yox idi və ümumiyyətlə elə hiss yaranırdı ki, heç “aftafa” (yuyunmaq üçün alət) haqqında da anlayışları yoxdur, hara çatırdılar və necə bacarırdılar “qoyub” gedirdilər. Belədə isə, onlar – Ukraynanın, Azərbaycanın faşistləri – eyni materialdan hazırlanıblar, ikisinin də məqsədi eynidir – öz xalqını talan və məhv etmək. Həm bunlar, həm də o birilər qürur duyurlar ki, ABŞ və Qərbdən olan himayədarlarına yalmandıqlarına görə onlardan tərif alırlar: “Molodes, sobak!” (Cəlil Məmmədquluzadə, “Danabaş kəndinin əhvalatları”). Ukrayna faşistlərini, onların lap indicə prezident “qayrılan” liderlərini – Petro Poroşenkonu korrupsioner, oliqarx adlandıranda, özlərini milli-demokrat adlandıran bizim faşistlər bərk inciyirlər və hürüşməyə başlayırlar. Bəzən fikirləşirəm ki, bəlkə də onlar haqlıdırlar. Axı faşistləri korrupsioner, oliqarx adlandırmaq olmaz. Faşist – natamam insanın bütün eybəcərliklərinin məğzini izah etmək üçün tutumlu kəlmədir.

Məncə, bizim faşistlər nahaq yerə narahat olurlar, onların adı tarixə Ukraynadakı faşistlərlə yanaşı yazılacaqdır. Sadəcə, qeyd veriləcək ki, onlar daha cahil, ona görə də nisbətən uğursuz olublar. Şadlanın, cənablar – ABŞ və onun müttəfiqlərinə quyruq bulayanlar. Sizin həyatınız alındı, hürüşün və sizi mütləq süysününüzdən tumarlayıb, deyəcəklər: “Molodes, sobak!”

 

Məncə, haqlıyam.

Video və fotolar