Mənim fikrimcə (30)

 Məncə, dünyada haqq-ədalətin olmadığı hətta kora da bəllidir, ələlxüsus da mənə, adı “demokratiya” olan və həmişə “ədalət” ilə qol-qola gedən bir bakirənin olduğunu hesab edən adama. Narıncı eynəkdə gəzir və sevinirdim – bu dünya necə də gözəldir. Demokratiya və ədaləti öz Vətənim, Azərbaycan üçün də istəyirdim, inanırdım ki, – kim haqlıdırsa, o da haqlıdır! İnanırdım ki, mənim mərd xalqım birləşəcək və Qarabağı müdafiə edəcək, balaca İsrailin qarşısında tir-tir əsən və Fələstini müdafiə edə bilməyən ərəb ölkələrinin hökmdarlarına iyrəncliklə yanaşırdım. Və fikirləşirdim – mənim xalqın bu cür deyildir! Amma demə, biz qanı bir, canı bir, müsəlmanıq! Biz, vaxtilə Babəyi satdığımız kimi, eyni cür də Qarabağı satmışıq! Vətənimizə xəyanət etmiş və Qarabağı ermənilərə satan xainlərin hamısını göstərə bilərdim, bir-bir hamısının adını çəkə bilərdim, amma mənası yoxdur. Axı həmin xainləri ölkəmizin psevdoliderləri edən – kimi şüurlu, kimi isə şüursuz şəkildə – elə xalqımız deyilmi? Axı xalqımız beynini işlətməyi heç vaxt sevməyib. Mənim xalqım qulaqları ilə sevir və ona həqiqəti deyənləri normal adam saymır. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Sən düz buyurmuşdun ki, həqiqəti təkcə “kefli İsgəndər” deyir. Niyə? Sadəcə, ona görə ki, kimi isə dəli, əyyaş adlandırmaq, öz cahilliyini, kütbeyinliyini və qorxaqlığını etiraf etməkdən asan və təhlükəsizdir. Çox sayda adam indiyə qədər də milli-xainləri qəhraman adlandıraraq onların arxasınca düşüb, bu şeyx nəsrullahların, keşiş qaponların ardınca indən belə də getməyə hazırdır, təki düşünüb-daşınmasın və dərk etməsin – axı Vətənin başına nə iş gəlib və şəxsən mənim Vətən qarşısında günahım nədən ibarətdir?

Bu, necə deyərlər, Qərb demokratıyasına bir baxın,.. bizi ondan ibrət götürməyə çağırırlar. Həmin Qərb dünyasının lideri, bizim milli-demokratların – lap çoxdan cındır-kratlara çevrilənlər (ümumiyyətlə isə, onlar həmişə bu cür olublar) – quyruq buladıqları Amerika Birləşmiş Ştatlarıdır. Həmin bu Amerika bütün Yaxın Şərqi var-yoxdan çıxarıb, xarabalığa çevirir, özü də ərəb ölkələrinin hamısını, elə ərəb dünyasından olan milli-xainlər – Səudiyyə Ərəbistanı, Qətər, Küveytin pulları ilə dağıdıb və dağıtmaqda davam edir. Hazırda Fələstində günahsız ərəblərin – uşaqların, qocaların, qadınların və ümumiyyətlə İnsanların qanı axıdılır, Qəzza bölgəsi xarabalığa çevrilir. 2001-ci il sentyabrın 11-dən sonra əkiz-qüllələrə qarşı terror aktında səudiyyəlilərin iştirak etdiyi aşkara çıxanda, Amerika Birləşmiş Ştatlarında səudiyyəlilərə qarşı hərəkat başlamışdı, onda Səudiyyə Ərəbistanı həmin andaca iki yüz milyard ABŞ dollarından çox vəsaitini Amerika banklarından çıxaracağını bəyan etmişdi. Ştatlar dərhal istiqaməti dəyişdilər və günahkarın Əl-Qaidə olduğunu elan etdilər, hərçənd Əl-Qaidəni də özləri yaratmışdılar... Deyirəm ki, Səudiyyə Ərəbistanının, Qətərin öz qoşunlarını İsraillə döyüşməyə göndərməsinə heç ehtiyac da yoxdur, onların Amerika banklarından yenə də bir-iki yüz milyard dollar çıxaracaqları ilə hədələməsi kifayət edərdi. Onda, İsrailə həmişə “fas” deyən Amerika Birləşmiş Ştatları, həmin andaca Binyamin Netanyahuya “fu” komandası verərdi. Amma yox! Onlar günahsız insanların, Fələstinin əhalisinin xilası naminə heç nə etməyəcəklər. İnsanlar, başa düşün, yəhudi xalqını mən çox istəyirəm və onu sevirəm, amma mən terrora və terrorçu dövlətə nifrət edirəm. İsrail isə bu gün, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri ilə yanaşı, terrorçu dövlətdir.

Görün, Ukraynada nələr baş verir! ABŞ bu ölkədə hakimiyyətə faşistləri gətirmək üçün milyardlar xərcləyib və onlar da ölkənin cənub-şərqində insanları yaşına, cinsinə, dini etiqadına və milliyətinə fərq qoymadan qırırlar. Bəşər Əsədin, guya, Suriya xalqının (hərçənd orada Suriya xalqının heç izi də yox idi, bu – Əl-Qaidə və bütün dünyadan tökülüşən muzdlular idi) onu devirmək arzusuna, guya, müqavimət göstərdiyinə görə saçını yolan, sinəsinə cırmaq atan ABŞ və onun müttəfiqləri Bəşər Əsədi məhv etmək istəyirdilər. İndi isə, budur, ABŞ və onun müttəfiqləri Ukraynanın faşistlərini şirnikləndirir və deyirlər ki, öz xalqını qırmaq Ukraynanın hüququdur!? Kül olsun başına, belə demokratiyanın, lənət olsun dünyanın güc mərkəzlərinə! Demokratiya və ədaləti ucuz fahişəyə çevirdiklərinə görə...

Məncə, ən qorxulu odur ki, Azərbaycanda bu gün də Ana-Vətəni üç quruşa satmağa hazır olan adamlar var. Bizim üçün, azərbaycanlılar üçün pulun Vətən və qeyrətdən vacib nəyə isə nə vaxt çevrildiyini mən bilmirəm. Lakin hazırda, əfsuslar olsun, bu məhz belədir. Əgər kim isə mənimlə razı deyilsə, qoy güzgüyə baxsın və heç olmasa özü-özünə desin: bu – həqiqətdir!

Məncə, haqlıyam! 

Video və fotolar