Mənim fikrimcə (32)

Məncə, Ukraynada cərəyan edən son hadisələr hətta düzəlməz nikbinlərə də inkar etməyə şans qoymur ki, bu ölkədə hakimiyyətə faşistlər gəlmişdir. Mən keçən yüzilliyin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərini xatırlayıram. Kəkilli, əyinlərində geniş şarovar və tikmə naxışlı köynək, saçları qısa kəsilmiş, özərini UMA-UXÖM (Ukrayna Milli Assambleyası – Ukrayna Xalq Özünü Müdafiəsi) adlandıran cavanlar o vaxtlar indi-indi peyda olurdular. Belələri ilə rastlaşanlar onlara tərəfə dönür, istehza ilə baxır və barmağını gichanın üstündə fırladırdı. Əksəriyyət də bu marginalların demokratik cəmiyyətdə çox tez əriyib həll olacağını düşünürdü. Ancaq Ukraynada demokratiya yox idi, xalqın güzəranı gendən-günə pisləşir, cəmiyyət ideyasızlıq mühitində, yoxsulluq içində yaşayırdı, keçmiş Sovet İttifaqının ən zəngin ölkələrindən birini talan edən bir ovuc oliqarx isə getdikcə piylənir, lovğalandıqları sərvətlər onları dingildədirdi. Oliqarxlar oğurlamağa day heç nəyin qalmadığını görəndə, bir-biri ilə döyüşməyə başladılar və bu mübarizədə elə həmin kəmsavad, döyüşkən cavanlara stavka etdilər. Onlar, bu cavanlar isə, qərbdən axan pulla şirnikləndirilir, onları xaricdə kütləvi iğtişaşlar törətməyə, dövlətin dayaqlarını sarsıtmağa hazırlayırdılar. Hakimiyyət uğrunda mübarizədə oliqarxlar artıq özləri onları maliyyələşdirməyə başlayıblar. Elə təəssürat yarana bilərdi ki, xalqın əlindən almağa day heç nə qalmayıb və budur, əsas şüarı – “Qarət olunanı, qarət elə!” olan mərhələ yetişmişdir. Ən tragikomik odur ki, indiki məqamda “şıre” millətçilərin arasında ukraynalı, demək olar yoxdur, istisna, ola bilsin, bir-iki yarıminsan təşkil edir. Yerdə qalanlarının... Poroşenki, Yasenyuk, Turçinov, Timoşşenko, Kolomoyski, Nimirovski, Taruta, Axmetov, Avakov və digər cır-cındırın Ukrayna xalqına cüzi də olsa aidiyyəti yoxdur. Nə etnos, nə də mədəni cəhətdən. Kitablardan qalanan tonqalları, məşəlli yürüşləri, üzdən iraq, “lüstrasiyaları”, abidələrin məhv edilməsini nəzərə alsaq isə, 30-cu illərin Almaniyasını xatırlamaq daha düzgün olardı. Bütün bunlara üz verən, göz yuman Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, düşünürəm ki, əkdikləri fırtınanın barını mütləq yığıcaqlar. Və mən, Ukraynanı ikinci vətəni hesab edən adam olaraq, qorxuram ki, bu fırtına Ukrayna dövlətçiliyini də göyə sovurmuş olsun. Ukraynalıların taleyinin necə olacağı isə heç kimi narahat eləmir. Dibilizmin apofeozu, oktyabrın 14-nün dövlət bayramı elan edilməsi oldu – bu, Ukraynada Hitler faşizmi tərəfdə döyüşən üsyançı ordunun yaradıldığı tarixdir. Tezliklə, lap tezliklə, Ukrayna xalqının milli qəhrəmanları Boqdan Xmelnitski və Taras Şevçenko yox, Stepan Bandera və Roman Şuxeviç olacaq...

Məncə, bizim, “bəlkə də qaytardılar” fikri ilə yaşayan, üzdən iraq, radikal müxalifətimiz də Azərbaycanda bu cür hadisələrin baş verəcəyini xəyal edir. Və anlamır ki, onların vaxtı geridönməz şəkildə arxada qalmışdır. Onlar artıq bir dəfə, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmişdilər və ölkəni vətəndaş müharibəsi astanasına çəkib salmışdılar (Ukraynada məhz elə vətəndaş müharibəsi gedir). Xoşbəxtlikdən, Azərbaycanın müdrik siyasətçisi, Ümummilli lideri Heydər Əliyev var idi və o, titanik səylər sayəsinə Azərbaycanda sabitliyə nail oldu, bandit və faşist silahlı dəstələrini tərksilah etdi. Ukraynada belə bir müdrik siyasətçi yox idi, heç görünmür də.

Bizim müxalif qəzetləimizin hamısı ağız-ağıza verib, başqan İsa Qəmbər gedəndən və onun yerinə “ayaqqan” Arif Hacılı seçiləndən sonra “Musavat”da nə baş verəcəyi ilə bağlı mülahzələr yürüdür. Birincisi, “Musavat” çoxdan ölüdür. İkincisi, İsa Qəmbər, sadəcə, Karlsonun, damda yaşayan Karlsonun tryukunu təkrar edib – qulluqçu Freken Bok dediyi kimi, “O, uçub getdi, amma qayıdacağına söz verdi”. Odur ki, Arif Hacılıya “qrelka” rolunu oynamaq tapşırılmışdır ki, İsa Qəmbər öz yerinə qayıdana qədər kreslo isti qalsın...

Avropa İttifaqı Leyla Yunusun həbsindən hiddətlənib, onun azad olunmasını tələb edir, insan hüquqlarının pozulması haqqında danışırlar, Avropa İttifaqının elçiləri məsləhət görürlər, bəzən tələb edirlər ki, bu qadın azad olunsun. Avropa İttifaqına ləbbeyk deməyin nəyə gətirdiyini biz Kiyevdə “Maydan”da, bu günlərdə isə – Serbiya-Almaniya futbol matçının gedişində gördük. Məsələ ondadır ki, UEFA bu situasiyanı öncədən görürdü və Serbiya ilə matça Albaniya azarkeşlərinin buraxılmayacağı haqqında Albaniyanı, eləcə də, serb azarkeşlərinin Albaniyada matça buraxılmayacağı ilə bğlı Serbiyanı məlumatlandırmışdı. Bununla belə, alban azarkeşləri matça gəlmişdilər. Özlüyündə bu, artıq təxribat idi. Onları buraxmırdılar, onda Avropa İttifaqının səfirlərinin hamısı tökülüşüb gəldi və albanları heç olmasa VİP lojalara buraxılmasını xahiş/tələb elədilər. Serblər növbəti dəfə Avropa İttifaqının yedəyində getdilər və yenə də bunun bahasını ödədilər. Futbol matçında iğtişaş baş verdi və əsas təxribatçı qismində Albaniya baş naziri Edi Ramanın qardaşı, Olsi Rama çıxış etdi. (Mənə elə gəlirdi ki, “Böyük Ermənistan” haqqında xəyal edən ermənilər yer üzündə axırıncı şizofrenikdirlər, demə, “Böyük Albaniya” haqqında xəyal edən albanlar da başdan azarlı imişlər.)

Deyirəm ki, Avropa İttifaqı Leyla Yunusun azad olunmasını tələb edir, düşünür ki, o, əmlik quzudur. Əslində isə o, dişi canavardır, Azərbaycana bütün hər yerdə qara yaxmağa can atmaqdan savayı, hələ oğrudur da. Vergilərdən yayınma bütün dünyada ən böyük günahlardan biri hesab olunur və vergi qanunvericiliyini pozan adamlar hökmən azadlıqdan məhrumetmə cəzası alırlar. Məsələn, məşhur amerikalı mafioz Al Kaponeni heç cür həbsxanaya göndərə bilməyəndə, onun vur-tut bir neçə dollar məbləğində vergi ödəmədiyi müəyyən olunmuş və onu həbsxnaya atmışdılar – o buna layiq idi. Lap bu yaxınlarda Almaniyada, bütün dünyada məşhur olan tennisçi Şteffi Qrafın atası, Peter Qrafı həbs etmişdilər – qızının maliyyə işlərini o, aparırdı. Belə olan halda, ABŞ və Avropa İttifaqının, hörmətli hesab etmədiyim, siyasətçilərinə və hüquq-müdafiəçilərinə sual vermək istəyərdim: Leyla Yunusun yüz minlərlə avro məbləğində aldığı qrantlardan vergi ödəmədiyi, eləcə də, daşınmaz əmlak vergisini ödəmədiyi məsələsinə onların münasibəti necədir? Nədir, yoxsa, ABŞ-da və Avropa İttifaqında belələri azadlıqda gəzişir? Yeri gəlmişkən, qrant şəklində verilənlər ona az idi, Leyla Yunus, üstəlik də, başqa Qeyri-hökumət Təşkilatlarınınn da cibinə əl gəzdirirdi. Necə deyərlər, üstəlik də, cibgirdir... Oğru gərək otursun!

 

Məncə, haqlıyam.

 

Video və fotolar