Mənim fikrimcə (34)

Məncə, yeni il ərəfəsində etdiyim proqnozların hamısı gerçəkləşməkdədir. Düzünü desəm, bunların hamısını mən heç arzulamırdım da, ələlxüsus da, “mənim proqnozlarımın hamısı düz olur”, – deyən özünəvurğun pinqvin deyiləm. Xeyr! Yer üzündə bir politoloq, bir siyasətçi də yoxdur ki, onun proqnozları həmişə çin olaydı.

Yeni il, gözləmək mümkün olduğu kimi başlandı. Üçüncüdərəcəli satirik jurnal, dindarların hisslərinə day lap tez-tez toxunaraq, – öz ailələrinə və qərb ölkələrinin prezidentlərinə layiq olan – peyğəmbərə karikaturalar dərc etdirirdi. Belə təhqiramiz işə ilk dəfə Danimarkada əl atmışdılar. 2005-ci il sentyabr ayının 30-da Danimarkanın “Jyllands-Posten” qəzetində Məhəmməd peyğəmbərə 12 karikatura dərc etdirilmişdi, bundan da əvvəl isə Salman Ruşdi adlı həşərat müsəlmanların müqəddəs kitabı “Qurani Kərim”i təhqir etmişdi. İkisi də həmin andaca gizlənmişdi, hərçənd bu əməlləri ilə bolluca pul da qazanmışdılar. Eyni cür də Fransada. Qərbin, ilk növbədə də Amerikanın xüsusi xidmət orqanları tərəfindən bəslənib yetişdirilmiş və ərsəyə gətirilmiş islam terrorçuları (hərçənd qəribədir ki, terroru xristianlar və yaxud iudeylər törədəndə, bunu xristian və yaxud iudey terroru adlandırmırlar) on bir jurnalisti qətlə yetirmişdi özü də, bu vaxt öldürdükləri adamların hər birinin, guya, ad və familiyisını bilirmişlər. Qəribədir, axı bu sübut edir ki, terror aktı spontan şəkildə keçirilməmiş, buna ciddi hazırlaq olmuşdur. Belədirsə, bəs onda qərbin xüsusu xidmət orqanları hara baxırdı, axı onların hər bir terrorçu özəkdə, o cümlədən də onun rəhbərliyində öz agentləri var. Terror aksiyası həyata keçiriləndə, sual verilməlidir: bu kimə sərf edirdi. Bu, ilk növbədə, Amerika Birəşmiş Ştatlarına və onun müttəfiqlərinə əl verirdi. Avropada qərb dünyası insanların düçar olduğu dərd-bəladan, bu nə qədər insaniyyətsiz təsir bağışlamasa da, təkcə pul yox, siyasi dividend də hasil etməyi çoxdan öyrənmişdir. Fransanın prezidenti Fransua Ollandın bu terror aktına qədər reytinqi plintusdan da aşağı səviyyəyə düşmüşdü və növbəti prezident seçkilərndə onun üçün işıq ucu görünmədiyi şübhəsiz idi. Və budur, məqam yetişdi, xalq çaşqınlıq içindədir, hamı sinəsinə döyüb, mən “şarliyəm” bağırır. Bu yerdə Olland irəli çıxdı və hamıya anlatdı ki, bütün Fransada və bütün dünyada bir nömrəli “şarli” – özüdür və heç kimin özündən qabağa çıxmasına dözməyəcək. Bütün dünyadan birinci, ikinci, üçüncü səflərdə olan siyasi xadimlər Fransaya gələndə, o, üzərinə ağır yük götürmüş lider kimi, qürurla hamıdan öndə gedirdi, baş nazir Manuel Vals bir-iki dəfə təsadüfən azacıq ondan qabağa çıxanda, Olland onu, sanki terrorçu imiş kimi, itələyib kənarlaşdırırdı. Düzünə qalsa, iyrəncilik və məyusluq yaranırdı. Sivil xalqlara nə olmuşdur belə, bu cür liderlər dünyanı hara aparır?..

Məncə, həmkarların ölümü, “Şarli Ebdo”nun sağ qalan əməkdaşları üçün ulduz saatına çevrilmişdir. İndiyədək köşklərə maksimum 2-3 nüsxədə verilən, qiyməti 60 avro-sent olan, bununla belə, yenə satılmayan üçüncüdərəcəli jurnalcığaz – terror aktından sonra əl-üstü Məhəmməd peyğəmbərə yeni karikaturalar dərc etdirdi, qısa müddət ərzində tirajı 10 milyon nüsxəyə çatdırdı və artıq bir nüsxəsi 3 avroya satılırdı. Düşünürəm ki, bu jurnalcığazın arxasında duran qüvvələr həmin 30 milyon avroya görə jurnalın qalan əməkdaşlarını da qurban verməyə hazırdır.

Hüzr günlərində partiyamız başsağlığı ifadə etmiş və xatirə kitabında ürəkdən gələn kədər sözlərini həkk etmişdi. Lakin biz Fransanın hakim dairələrinə yox, qüdrətli fransız xalqına başsağlığı vermişik və onun dərdinə şərikik.

Məncə, həyat bir çoxlarına heç nə öyrətmir. Kurt Bestqard adlı danimarkalı karikaturaçı-həşərat var – Məhəmməd peyğəmbərə ilk karikaturanı o çəkmişdi. O, neçə ildir gizlənir, ona mühafizə ayırıblar, onu gizlədirlər, vergi ödəyicilərinin vəsaitləri xərclənir – onu ovlayanlar var. Məsələ isə ondadır ki, bu adam, onun keşiyini çəkə-çəkə başqalarının ölməsinə dəyirmi. Zibil qaynatmağa onun “mərdliyi” çatsa da, özünü müdafiə etməyə – yoxdur.

Düşünməyin ki, mən terrorçulara haqq qazandırıram. Mən vicdanın saflığını müdafiə edirəm. Bəziləri fariseylik edir ki, söz azadlığı bax elə budur və yaradıcı insanlar öz fikrini ifadə edə bilir. Mən dindar adam olmasam da, yüz milyonlarla inanclı adamın hisslərini bir ovuc həşəratın təhqir etmək hüququnun olmasını anlaya bilmirəm, özü də, qəribə məntiqdən çıxış edirlər: axı, İsa Məsihə də karikatura çəkirlər. Düzünü desəm, mənim üçün bu da anlaşılmazdır, ancaq xristianlar öz müqəddəslərinə belə yanaşırlar və bu necə qəbul olunmasa da, belə münasibət göstərmək xristianların öz işidir. Mən hesab edirəm ki, bu yolverilməzdir, amma bir dinin nümayəndələrinin başqa dinin müqəddəslərini təhqir etməsi bundan da yolverilməzdir. Hər bir dinin öz xüsusiyyətləri var. İslamda insanların rəsmini, ələlxüsus da, peyğəmbərə karikatura çəkmək olmaz. Xristianların öz müqəddəslərinin ünvanına təhqirlərə və onlara karikatura çəkilməsinə münasibəti – buna necə reaksiya vermək onların öz işidir (hərçənd mən bunun dinə, insanların dini inanclarına münasibətdə təhqiramiz olduğunu hesab edirəm). Necə deyərlər, öz nizamnamənlə başqasının monastırına girmə. Əminəm ki, İsa Məsihə qarşı yazılmış kitabların hamısı, eləcə də, karikaturalarla bağlı bütün bu əhvalat bir mərkəzdən sifariş edilmişdir və idarə olunur. İnsanları dini prinsiplər üzrə bölmək istəyirlər, dünyanı səlib yürüşləri, xaçpərəstlər dövrünə, xristianların və müsəlmanların bir-birini amansızlıqla qırdığı dövrə qərq etmək istəyirlər. Buna görə Amerika Birləşmiş Ştatları radikal terrorçu cərəyanlar – “Taliban”, “Əl-Qaidə”, İŞİD və s. yaradır... diqqətlə nəzər salınarsa, onların hamısının üzərində damğa – “Made in USA” markirovkası var. Amerika Birləşmiş Ştatları onların hamısını yaradıb, ərsəyə gətirib, maliyyələşdirib ki, bu dünyanı dağıtsın, bu dünyada xozeyinlik etsin, bunu edir ki, suveren dövlətlərin və xalqların hamısını qula çevirsin və onlar böyük dayı üçün işləsin. Hələ 100 il əvvəl Obamanın əcdadları işlədikləri kimi. Bütün bunlar mənim ürəyimcə deyil və nə qədər gec deyil, ağıllı insanlar, vicdanlı insanlar, düşüncəli insanlar – hər kəs öz qüvvəsi daxilində buna müqavimət göstərməlidir.

Məncə, haqlıyam.

Video və fotolar