Mənim fikrimcə (35)

Məncə, biz hamımız yavaş-yavaş dəli olmağa başlayırıq. İqtisadiyyatdan heç olmasa azacıq baş çıxaran adama aydın olmalı idi ki, $ 1 = 0,78 manat məzənnəsi day lap çoxdan və süni şəkildə saxlanırdı. Nə qədər ki neftin dünya bazarında havalannmış və qeyri-real qiyməti qalırdı, Azərbaycan rəhbərliyi əhalinin rifahı naminə bu məzənnəni saxlayırdı. Lakin dünya bazarında neftin qiyməti, –Azərbaycanın iqtisadiyyatı kimi, iqtisadiyyatı neftin dünya bazarında qiyməti üzərində qurulan Rusiyaya dərs vermək üçün – bu dəfə də süni şəkildə  çox aşağı həddə endiriləndə, bizim ölkəmizin rəhbərliyi də manatın dəyərinin qiymətləndirilməsində ikivalyutalı səbətə keçdi, bununla da əhalinin bir hissəsində narazılıq fırtınası doğurmuş oldu.

Düşünmək olardı ki, məzənnə düşüb, düşüb də... Amma elə təəssürat yaranırdı ki, sanki bütün əhali dollar alır, bütün əhalinin manat əmanəti var və indi də onu dollara keçirməyə can atır. Mənim qənaətim belədir ki, ajiotaj süni şəkildə yaradılırdı. Bizim çox hörmətli inhisarçı-oliqarxlarımız qarət-qazancını artıq çoxdan xaricdə yerləşdirib. Azərbaycanda mövcud olmayan, amma hesab edək ki, mövcud olan orta sinif, manatın dollara və avroya nəzərən məzənnəsinin tezliklə düşəcəyi haqqında yayılan şayiələrdən xəbər tutduğundan, manatla əmanətlərini çoxdan dollara keçirmişdi. İndi, manatın dollara nəzərən ucuzlaşmasının niyə hamını narazı saldığını anlamaq mümkün olmur? Bundan fərqli olaraq, müxalifətin iştaha ilə əlini-əlinə niyə sürtdüyünü isə anlamaq çətin deyil!

Yadıma köhnə Ukrayna lətifəsi düşdü. Qoca “buyko” (əvvəllər Ukraynada faşistlərin məsləkdaşlarını qəhrəman yox, belə adlandırırdılar) oturub “Radyanska Ukraina” (“Sovet Ukraynası”) qəzetində oxuyur: “Radyansku deleqatsiyu zastriçali z gimno`m” (“Sovet nümayəndə heyətini himnlə [vurğu ikinci hecaya] qarşıladılar”. Oxuyur və deyir: “Doyizdalis qolubçiki” (təqribən, “Axır ki, əzizlərim”). “Buyko” elə başa düşmüşdü ki, nümayəndə heyətini himnlə yox, onun fikrindən keçənlə qarşılamışdılar.

Budur, bizim radikal müxalifət (hərçənd hansı “kala” kara gələ bilər radikal), mətbəxdə Fatmanisə xala səviyyəsində müxtəlif nəzəriyyə irəli sürməyə başladı, guya, bütün bunlar birinci Avropa Olimpiya Oyunları ilə bağlıdır. Onların Avrovijn – 2012 mahnı müsabiqəsinə hazırlıq dövründə də ödlərini tökə-tökə hay-haray saldıqları, yəqin ki, yaddan çıxmayıb. O vaxt möhtəşəm Leyla Yunusova Bakıda keçirilən Avrovijn – 2012 mahnı musabiqəsinin boykot olunmasına çağırırdı. Eynilə də indi, Azərbaycanda bir neçə axmaq və Amerika Birləşmiş Ştatlarında bir neçə həşərat, Bakıda keçiriləcək, tarixdə ilk dəfə təşkil olunan Avropa Olimpiya Oyunları – 2015-in boykot olunmasını təklif edir. İndiyə qədər mənə elə gəlirdi ki, hansısa yarışları, müsabiqələri və s. boykot etməyə çağıranlar – ağıldankəmlərdir. İndi isə başa düşürəm ki, onlar müalicəsi olmayan idiot... və həşəratdır. Onlar müsabiqə, yarış, çempionat, ümumdünya və Avropa olimpiya oyunlarının nə demək olduğunu heç anlamırlar da! Axı bu – həmin yarışa, müsabiqəyə və s. illərlə hazırlaşan, canını qoyan insan həyatlarıdır, idmançılar isə istənilən ölkədə, bir qayda olaraq, əhalinin ən kasıb təbəqələrindən çıxan adamlardır. Yarışlar, çempionatlar – onlar üçün dilənçi həyatla üzülüşmək, öz ailələrini, qohumlarını yoxsulluqdan qurtarmaq şansıdır. “Amnesty International” adlı beynəlxalq təşkilat var, burada yüzlər və yüzlərlə həşərat-qranttəpişdiricisi oturub və Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunları – 2015-in boykot olunmasına çağırır. Bu düşüklər qrantlar hesabına özlərinə mənzil, bağ mülkləri alır və guya, insan hüquqlarını müdafiə edirlər. Məsələn, özləri kimi birisi olan – Leyla Yunusovanı. Onların həyat şüarı budur: “Sənə çatacaq yağ tikəsini, mən həmişə oğurlayıb öz çörəyimə yaxacağam!” Və onlar minlər və minlərlə idmançının taleyinə tüpürmək belə istəmirlər.

 Ancaq bizdə, Azərbaycanda deyildiyi kimi: “Zırt, prokuror!” Bakıda keçirilmiş Avrovijn – 2012 mahnı müsabiqəsi kimi, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları – 2015 də ən yüksək səviyyədə keçiriləcək.

Məncə, bunu hamı anlayır, bircə, bizim milli şurik balaqanovlardan və onlarla əl-ələ verib işləyən milli-xəyanətkar – alverçilərdən savayı. Tamamilə doğrudur, şuriklərdən incimək – özünə hörmətsizlik olardı. Bəs bizim alverçi-inhisarçılarımız niyə heç cür başa düşə bilmirlər ki, onların talan-qazanclarının hamısı Azərbaycan Respublikasının, Azərbaycan xalqının sayəsində mümkün olub. Manatın dollara və avroya nisbətdə məzənnəsi dəyişəndə bu yaramaz və düşüklər öz super marketlərini bağlayıb, bütün gecəni səhərədək qiymət kağızlarını dəyişirdi. Təsir edən (bəlkə də, təbii olan) odur ki, belələrinin mütləq əksəriyyəti... Hacı titulunu daşıyan adamlardır. Bu həşəratlar məqamdan yararlanıb, özləri kimi olanların yox, mömin müsəlmənların cibinə girməyi qərara almışdılar. Belələrinə başqa nə deyəsən: ziyarət etdiyiniz Məkkə qoy sizə haram olsun və qoy göylərin qüvvəsi, əgər varsa, sizə qənim olsun...

Məncə, belələrinə heç göylərin qənim kəsilməsini gözləmək də lazım deyil. Azərbaycan dövlətinin Antiinhisar Komitəsi, prokurorluq orqanları, Hesablama Palatası var, belə həşəratların cəzasını onlar verməlidir.

Başda Kisa, pardon,– prezident olacağı təqdirdə Təhsil Nazirliynin büdcəsini 40 faiz, müəllim və pedaqoqların maaşını isə 300 (üç yüz!!!) faiz artırmağa hazırlaşan Cəmil Həsənli olmaqla milli şuriklərə gəlincə isə, qoy heç kimin gəlmədiyi mitinqlərini keçirsinlər, qoy xaricdəki xozeynlərinə göstərsinlər ki, onların bədəninin aşağı hissəsindən əbəs yerə qidalanmırlar.

Məncə, haqlıyam. 

Video və fotolar