Mənim fikrimcə (36)

 Məncə, Ukraynaya xoşbəxtlik nəsib olmuşdur, amma bütün əhaliyə olmasa da, heç olmasa, bu əhalinin belində, onun əlləri ilə dövlət çevrilişi edib hakimiyyətə gələn hissəsinə dəqiq nəsə düşəcək. Beynəlxalq Valyuta Fondu, axır ki, Ukraynaya kredit ayırdı – düz 17,5 milyard dollar. Poroşenki, Yasenyuk və digər gəmiricilər indi day bu pulları əkişdirə bilər. Xeyr, əlbəttə, hamısını yox, amma şir payını. Bax mənə də maraqlıdır ki, bunu necə edəcəklər – tez-bazar, yoxsa yavaş-yavaş. Mənə sual verilə bilər – nədir, bəy, başqasının cibində pulları saymağa başlamısan? Əşi, mənim bununla nə işim var, mən Ukraynadan uzaqda yaşayıram, onların hərc-mərcliyində iştirak etməmişəm, məni maraqlandıran bircə məsələdir – harada oğrular daha vicdanlıdır, bizdə, yoxsan ki onlarda. Fəqət, istəyərdim ki, bizim oğrular onlardan vicdanlı çıxsın.

 

Bizdə hər halda nisbətən yaxşıdır. Əməkhaqları artır, pensiyalar artır, sosial müavinətlər artır və ödənişlərdə ləngimələr yoxdur. Bircə bəla var. Əgər bütün bunlar sistematik olaraq 10-15 faiz artırılırsa, qiymətlər də sistematik artır... 20-22 faiz. Çünki bizdə vicdansız, Azərbaycanda “vəhşi bazar” təşkil etmiş, Allahdan qorxmayan olqarxlar mövcuddur, əhaliyə isə onlar heç tüpürmək də istəmir. Onların Allah tərəfindən cəzalanacağını gözləmək qalır, amma əgər Allah nə siyasətçi-terrorçuları, nə dini terrorçuları, nə də hətta küfr vaizlərini cəzalandırmırsa, hansısa oliqarxı cəzalandıracaq məgər. Təkcə hakimiyyətə güvənmək qalır...

Məncə, Boris Nemtsovun qatillərinin belə tez tapılması hamının ürəyincə oldu. Demək istəyirəm ki, nə onu, nə Qaydarı, nə Çubaysı, nə Kasyanavu, Aveni, İllarionovu, Neçayevi və siyahı üzrə davam edərək, – Yeltsin dövründə hökumət üzvlərinin siyahısına bax – heç vaxt siyasətçi hesab etməmişəm. Bu adamlar karyera edirdilər və indi də edirlər, rus xalqını var-yoxdan çıxarırlar, onların islahatları üzündən milyonlarla insan dünyasını dəyişmişdir. Onların hamısı milyonların, milyardların sahibinə çevrilir, Rusiya əhalisinin sayı isə ilbəil ixtisar olurdu. Deməli, qatillərin, əgər qatil doğrudan da onlardırsa, belə tez tapılması çoxlarında şübhə oyatmışdır: bu necə olur ki, amerikalılar öz prezidentlərinin qətlə yetirilməsinin üstünü əlli ildən çoxdur aça bilmirlər, Rusiya isə vecsiz bir siyasətçinin, çoxdan tirajdan düşmüş psevdo müxalifətçinin qatillərini bir neçə gün ərzində tapır? Prinsip etibarilə, Nemtsovun siyasi çəkisi necə qiymətləndirmək olardı Seçicilərin 0,2 faizinin simpatiyası onun tərəfində idi. Doğrudur, həyatına sui-qəsddən sonra reytinqi, yəqin ki, bir qədər artmışdır. Hesablamaq çətin deyil: Moskvanın əhalisi on milyon nəfərdir, Nemtsovla vida mərasiminə 50 min insan gəlmişdi. Bunu dəstək faizinə çevirsək – 0,5 faiz alınır. Və bu göstərici ilə mərhumu liberal müxalifət xadimləri arasında, həqiqətən də, lider saymaq olardı, belə ki, reprezentativ sorğulara əsasən, Rusiyanın liberal siyasətçiləri hamısı birlikdə seçicilərin 2 faizinin etimadına ümid edə bilər. Bu mənə bizim radikal, bədnam, milli-demokratik müxalifətimizin süqutunu xatırladır. Xalqın öz vətəninə sevgisi dalğasında üzə çıxan, meydanlarda bülbültək cəh-cəh vuran, Qorbaçovun və onun Sov.İKP MK-da faşist guruhunun Azərbaycan xalqının qanını tökməsinə şərait yaradan adamlar, ardınca özlərinə, abırsız-abırsız, Azərbaycan milli-azadlıq hərəkatının liderləri adlandırmağa başladılar. Onlar dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər, hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdılar. Sonra isə, qorxaq dovşan kimi, hərəsi bir tərəfə götürüldü. Onların hələ də siyasi arenada qalmasına imkan verən yalnız və yalnız Azərbaycan xalqının unutqanlığıdır. Lakin onların nüfuzu şaqren dərisi kimi yığılmaqdadır. Özləri ilə nəsə təcəssüm etdirdiklərini qərbli hmayədarlarına göstərmək üçün gücənirlər, haldan-hala düşürlər. Onların heç kim olduqlarını Qərb aydın anlayır, məsələ ondadır ki, bu hamilərin pul verən əlini yalamağa hazır olan başqa heç kim yoxdur, ona görə də özlərini aldanıbmış kimi göstərirlər. Məgər elə deyil? Baxın, görün bütün dünya qiyyə çəkib, Leyla Yunusu buraxmağı necə tələb edir və elə həmin adamlar da qiyyə çəkir ki, Rusiya ukraynalı təyyarəçi qadın – Nadejda Savçenkonu buraxmalıdır. Hər iki halda da özlərini elə göstərirlər ki, ittiham olunmuş şəxsi yalnız məhkəmənin qərarı ilə azadlığa buraxa biləcəyini, guya, uudublar, özü də, hansısa axmaq-axmaq arqumentlərə istinad edirlər – axı Leyla Yunus Fransa Fəxri Legionu Kavaleridir! (Azərbaycanın buna dəxli nədir ki? Cəzasını çəkərsə, çıxarsa və Fransaya emiqrasiya edərsə, ona Fransa vətəndaşlığı verin və əgər cinayət törədərsə, mühakimə etməyin.) Savçenko isə, demə, təcridxanada saxlandığı vaxt ərzində faşist Ukraynası Radasının deputatı və AŞPA-da Ukrayna nümayəndə heyətinin üzvü olmuşdur. Görəsən, bu nə qanundur ki, ağır cinayət törətmiş və cari məqamda bunun cəzasını çəkən adam deputat və yaxud AŞPA-da nümayəndə heyətinin üzvü olandan sonra cinayət məsuliyyətindən azad olunur? Əclafların biriləri “Şarli Ebdo”dan başqa əclafları öldürəndə, bütün dünya qiyyə çəkdi ki, jurnalistlərin hüquqlarını pozmaq olmaz, jurnalist peşə fəaliyyətini yerinə yetirən vaxt toxunulmazdır. Ukraynanın cənub-şərqində öz jurnalist borcunu vicdanla yerinə yetirən iki Rusiya jurnalistinin öldürülməsində yardımçı olan Savçenko isə azadlığa çıxmalıdır, nədir-nədir, dövləti cinayətkar, xəzinə oğrusu Yuliya Timoşenko sədri olduğu “Batkivşina” partiyasının bir gün də üzvü olmayan Savçenkonu, parlament seçkilərində “Batkivşina”nın partiya siyahısına daxil etmişdir. Avropa dəyərlərinin hörmətli müdafiəçiləri, bəs məntiq hanı? Hərçənd, Birləşmiş Ştatların idarə etdiyi qərb ölkələrindən nə gözləyəsən, onların Dövlət Departamentinin Cennifer Psaki kimi görkəmli mətbuat katibinin və möhtəşəm senator Con Makkeynləri olduğunu day bütün dünya gördü. Gör biliklərin necə dəfinəsinə gərək malik olasan ki, Rusiyanın Mariupulu ələ keçirmək və bu minvalla da Litvanın sərhədinə çıxaraq, bu azadlıqsevər ölkəyə qarşı təcavüz həyata keçirməklə bağlı məkrli məxfi planının üstünü açasan. Bilmək istəyərdim ki, senator Makkeyn ömründə heç omasa bir dəfə dünyanın siyasi xəritəsinə nəzər yetiribmi? Məncə, yox. Ya da o, day lap qocalıb.

 

Məncə, haqlıyam.

Video və fotolar