Mənim fikrimcə (37)

 Məncə, bizim milli-radikallarımız, istər şuriklər, istər musiklər, istərsə də başqaları day başlarını tamam itiriblər. Mən artıq yazmışdım ki, onların bir müddət əvvəl, guya ki, qiymətlərin artımı ilə bağlı təşkil etdikləri mitinq profonasiyadan başqa heç nə deyil və heç bir nəticəsi olmayacaq. Elə bu cür də oldu. Mitinqə 500-600 nəfər (biz çox mərhəmətliyik, olsin 800-900 nəfər) gəlmişdi və bir daha sübut etdi ki, əgər bu bizim milli-demokratlarımızdırsa, “yağmasalar da, guruldamalıdırlar”. Bax indi də növbəti mitinq elan ediblər. Mitinqlərinin uğursuz, dəqiqi olsaq isə, ümumiyyətlə heç cür alındığını bildiklərindən, şuriklərin lideri Coni-Kisa, Həs-Vorobyaninov keçən dəfə mitinqə qarşı böyük təxribat hazırlandığını öncədən elan etmiş və bununla bağlı camaatdan mitinqə gəlməməyi xahiş etmişdi. Əgər elədirsə, sual verilməlidir ki, eynilə Mixail Samueleviç Panikovski kimi, möhtəşəm korun öz başı ilə arası necədir. Axı, əgər hakimiyyət iki həftə əvvəl böyük təxribat hazırlayırdısa, onda bunu bu dəfə də eməyə hakimiyyətə nə mane olur.

Hər şey sadədir, əzizlərim. Bu adamların hamısı əla başa düşürlər ki, heç kim onların mitinqlərinə gəlmir və gəlməyəcək də. Əsrin dörddə biri ərzində eyni ağızdan eyni şeyi eşitmək kimə maraqlı ola bilər, eyni şey hər dəfə təkrara olunur və sübut edir ki, bizim milli-siyasətbazlarımız marazmatikdirlər. Milli Müstəqillik partiyası (AMMP) lap bu yaxınlarda, “Azərbaycanda siyasi partiyaların perspektivləri” mövzusunda “Dəyirmi Masa” təşkil etmişdilər. Mən çıxışımda qeyd etmişdim ki, Azərbaycanda siyasi partiyaların qarşılaşdığı əsas problem yeni qüvvələrin, ələlxüsus da gənclərin axınının olmamasından ibarətdir. Çünki gənclər görürlər ki, əgər müxalif partiyaya getsə, peşəkar karyera yüksəlişindən məhrum olacaq. Amma gənclər işin başqa tərəfini də görürlər – onların siyasi partiyalarda da yüksəliş perspektivləri yoxdur. Köhnə qvardiya onları (əgər gənlər ağıllı və düşüncəli olarsa) nəinki birinci, heç ikinci cərgəyə də buraxmaz. Gənclərin bu partiyalarda maksimum ümid edə biləcəkləri, əlaltı uşaq rolu üçün nəzərdə tutulan üçüncü cərgədir. Ağıllı və düşüncəli cavan insanlar isə bununla qane olmurlar. Hər halda bizim partiyamızın əsas məqsədi – təşkilatın sıralarının cavanlaşması və gənc kadrların seçilərək partiya rəhbərliyi səviyyəsinə irəliləməsidir. Məndən sonra çıxış edən milli-radikal qüvvələrin nümayəndələri az qala bir ağızdan qeyd edirdilər ki, Azərbaycanda avtoritar rejim hökm sürür, söz azadlığı, azad toplaşmaq azadlığı, azad seçkilər yoxdur, onlar istedadlı, bacarıqlı, ağıllıdırlar, yum-yumşaqdırlar, amma nə olsun, hakimiyyət onları nə dövlət idrəçiliyinə yaxın buraxmır, nə də maliyyələşdirmir, parlamentə düşməyə imkan vermir, başlarını tumarlamır və s. və i.a. Əvvəlcədən xəbərdar etdiyim kimi, mən tez getməli idim, ona görə də bir dəqiqəlik replika ilə çıxış etmək hüququmdan istifadə etdim. Və dedim ki, əziz həmkarlar, sizin hər biriniz hansısa bir partiyanın liderisiniz. Siz, əsas etibarilə, 20 ildən çoxdur siyasətdəsiniz. Dövlət idarəçiliyinə iddia etməzdən əvvəl, heç olmasa, işlətdiyiniz siyasi terminləri mənasını öyrənin. “Avtoritarizm” sözünü, doğrudur, örənmisiniz, amma bax bu anlayışın mənasını bilmirsiniz. Bizim hazırda iştirak etdiyimiz bu görüş Beynəlxalq Mətbuat Mərkəzində keçirilir, məsələ isə ondadır ki, bura dövlətin əmlakıdır və bu tədbirin təşkilatçılarına təmənnasız təqdim olunmuşdur. Hamınız da çıxışınızda ölkə rəhbərliyi tərəfindən sizə maddi nemətlər təqdim olunacağını, eləcə də qarşınızda hakimiyyətə aparan yol açacağını gözlədiyinizi vurğulayırsınız. Əzizlərim, əgər Azərbaycanda avtoritarizm hökm sürsəydi, üzr istəyirəm, onda siz burada toplaşmazdınız, yox işdir, toplaşardınızsa da, beşcə dəqiqədən sonra tamam başqa yerdə danışdırılardınız. Uğurlar.

Büsbütün dəlixana!

Məncə, haqlıyam.

P.S. Ukraynanın indiki hakimiyyətini faşist adlandırdığıma görə bir neçə dostum mənə irad tutur. Son günlər haqlı olduğuma bir daha əmin oldum. Birincisi, Ukraynanın bədnam prezidenti hərbi gödəkçəni çiynindən aşırmış, sinəsində nakleyka olan Petro Poroşenkonun fotoşəkilini görəndə bunu anlamışdım – şəkildə yazılmışdı: “Mənəviyyatsız Bandera”. Faşist olduğunu adam özü etiraf edir, özü də sadəcə faşist yox, mənəviyyatsız faşist olduğunu. Hitlerçi faşistlərin ələbaxanı, vicdanında (hərçənd o, vicdansız idi) on minlərlə günahsız insanın – yəhudi, polyak, rus, ukraynalı, iudey, pravoslav, katolikin qanı olan bir adamdan, natamam-insan Stepan Banderadan da mənəviyyatsız faşist. Bandera bu insanların hamısına nifrət edirdi, təkcə ona görə ki, onlar faşist deyildilər (axı faşizm də əqidədir). Və budur, Poroşenko, deyəsən, Ukraynanın, üstün olaraq pravoslav ölkəsinin prezidenti hesab olunsa da, faşistdir – ukraynalı deyil, pravoslav da deyil, faşistdir. Ona görədir ki, bu günlərdə keçirilən iclasda onun ağzından nazirlərindən birinin ünvanına bu ifadə səslənmişdi: “Sən pravoslav qancığısan!” Bu sübut edir: onun nə ukraynalı, nə pravoslav, nə yəhudi, nə iudey, nə katolik olmadığı azmış kimi, üstəlik də hələ natamam-insan və faşistdir.

Məncə, bu məsələdə də haqlıyam.

Video və fotolar