Mənim fikrimcə (38)

 Məncə, indiki zamanda bəzi siyasi xadimlər ağıllarını tamam itirməyə başlayıb.Məsələn, Polşanın xarici işlər naziri Qjeqoj Sxetına bəyan edir ki, əgər, məsələn, Polşanı 3-cü Ukrayna Ordusu azad etmişdisə, qələbə paradı nə üçün Moskvada keçirilməlidir. Bu ağıldankəm, ola da bilsin təlxək anlamır ki, Böyük Vətən müharibəsinin müxtəlif mərhələlərində cəbhələrin adı döyüşlərin aparıldığı ərazilərdən asılı olaraq dəyişdirilirdi. Belə ki, müharibənin sonuna yaxın üç Ukrayna, üç Belorus cəbhəsi mövcud idi. Bu o deməkdir ki, Hitler Almaniyasının və onun məsləkdaşlarının axırına qüdrətli SSRİ-nin iki ittifaq respublikası çıxırdı?

Yaxşı day, peşəkar təxribatçıları rahat buraxaq, onlar qərbdəki xozeyinlərinə qulluq göstərmək üçün istənilən cəfəngiyat üyütməyə hazırdırlar. Rusiya haqqında danışaq. ABŞ başda olmaqla, qərbdə bəzi qüvvələrin qəhvəyi taun, faşist Almaniyası üzərində Böyük Qələbənin Sovet Sosialist Respublikaları İttifaqı, qüdrətli xalqların əzəmətli birliyi tərəfindən əldə olunduğunu şübhə altına qoymalarından ən çox hiddətlənən məhz elə Rusiyadır. Gəlin Rusiyanın, o cümlədən də pretzident V.V.Putinin və onun bütövlükdə ətrafının, eləcə də bütün Rusiya təbliğatının nə etdiyinə diqqət yetirək. Biz Rusiyanın, rusların Böyük Qələbəsi haqqında eşidirik. Biz rus sərkərdələri haqqında və ötəri şəkildə deyilən, Stalin (o da tünd rənglərdə) və SSRİ-nin digər xalqları haqqında eşidirik. Bax mənə çox maraqlıdır ki, Azərbaycan, Bakı, qəhrəman Bakı neftçiləri və Bakı nefti olmasaydı, Böyük Vətən müharibəsində qələbə necə əldə oluna bilərdi. Axı bu mühərriklər müharibəsi idi, “rus mühərriklərinin” 95 faizi isə Bakı nefti ilə işləyirdi. Maraqlıdır, minalanmış neft buruqlarında işləyən qəhrəman Bakı neftçilərinin hasil etdiyi neft olmasaydı, “rus mühərrikləri” nə ilə işləyərdi – odunla, kömürlə, yoxsa donuz piyi ilə, bəlkə, ayı ifrazatı ilə?..

Məncə, SSRİ-nin digər xalqlarının faşist Almaniyası üzərində qələbəyə verdikləri çox böyük töhfə haqqında unudan insanların, kimlərin isə onların xidmətlərini etiraf etmək istəmədiyindən inciməsi düzgün deyil.

Bəs hər şey nədən başlamışdı? ABŞ və onun vassallarının SSRİ-yə və onun xalqlarına qarşı keçirdiyi böyük, “perestroyka” adlanan təxribatçılıq əməliyyatının gedişində çox sayda çaqqal – publisist, tarixçi, jurnalist və s. və i.a. peyda olmuşdu, onlar başlanğıcda məqalələrdə və TV ilə çıxışlarında, sonra broşür və kitablarda, ardınca da “elmi” monoqrafiyalarda sübut edirdilər ki, Stalin fərsiz rəhbər və düşmən idi, Jukov qələbələri sərkərdə dühası sayəsində deyil, canlı hərbi qüvvəni qırğına verməklə qazanırdı, hərbi texnika xarici ölkələrdən oğurlanmışdı, müttəfiqlərin (ABŞ və Böyük Britaniya) Lend-lizi olmasaydı döyüşməyə silah-sursat da olmayacaqdı. Və bütün bunlar tarix dərsliklərində əksini tapmağa başladı, bu həşaratlar elmlər doktorları, Elmlər Akademiyasının müxbir üzvləri, elmi xadimlər, deputat, populyar nəşrlərin rəhbərləri olurdular və qələbənin heç də böyük və heç də bizim olmadığı fikri insanların beyninə yeridilirdi. İttifaq respublikaları isə Böyük Vətən müharibəsi illərində yükdən başqa bir şey deyildi, onların cəbhəyə göndərdiyi əsgərlərin əksəriyyəti faşistlər tərəfə keçməyə can atırdı. Və elə Rusiya xadimlərinin özləri Böyük Qələbəni bu qədər illər ərzində çirkaba bulayandan və bu həmlələr hakimiyyət tərəfdən dəf olunmayandan sonra, bütün bunlar dərsliklərdə, filmlərdə, romanlarda, hekayələrdə tirajlanandan sonra, təbii ki, başda Birlşmiş Ştatlar olmaqla qərb indi Sovet İttifaqının Böyük Qələbəsi ümumiyyətlə olmuşdumu sualını qoyur. Bəs qərb xüsusi xidmətləri nə etmişdi? Onlar başlanğıcda axmaqlar ölkəsini tapmışdılar, bu ölkədə çoxlu tülkü-Alisa, ondan da çox taxtabaş Buratino yaşayırdı. Və beş qızıl pulun köməyi ilə çox böyük sayda insanın dünyagörüşünü dəyişə bildilər. Bunda günahkar kimdir? ABŞ, Qərb, yoxsa Rusiya? Cavab birmənalıdır. Qüdrətli Stalin dediyi kimi, müharibənin əsas ağırlığı əzəmətli rus xalqının çiyinləri üzərinə düşmüşdü. Və bu sözləri fərqli şəkildə ifadə edərək təsbit etmək olar ki, Sovet İttifaqının faşist Allmaniyası üzərində Böyük Qələbəsinin bu gün şübhə altına alınması, faşist Almaniyası üzərində rus xalqının qələbəsinin inkar olunması işinə sanballı töhfə vermiş Rusiya başçılarının fərsiz rəhbərliyinin nəticəsidir. Məncə, nə qədər ki gec deyil, Rusiya təbliğatı bu qısa zaman kəsiyində 180 dərəcə dönməli və bu Böyük Qələbə haqqında həqiqəti danışmalıdır, əks təqdirdə Rusiyanı, Ukraynada olduğu kimi, Böyük Vətən müharibəsi veteranlarının yox, hitlerizmin məsləkdaşlarının qəhrəman sayılacağı gün gözləyir.

Məncə, haqlıyam.

Video və fotolar