Mənim fikrimcə (39)

 Məncə, siyasətlə maraqlanan bir nəfər də tapılmaz ki, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin aprel ayının 16-da canlı yayımda rusiyalılarla birbaşa ünsiyyətinə baxmasın. Çünki Rusiya, kimin isə xoşuna gəlsə də, gəlməsə də, qüdrətli fövqəldövlətdir. Xeyr, Rusiya, əlbəttə, Sovet İttifaqında olan qüdrəti bərpa etməmişdir, amma tədricən öz potensialını bərpa etmək üzrədir. Bu yaxınlarda bir dostum zəng etmişdi, biz onunla çox illər idi ünsiyyət saxlamırdıq. Düzünü desəm, qəribə zəng idi. Uzun illərdən sonra zəng vuran dostum dedi ki, vaxtı azdır, ancaq Putin haqqında nə düşündüyümü bilmək istəyir. Onun vaxtının az olduğunu nəzərə alaraq, belə bir xarakteristika verdim: Yeltsin Rusiyanı ayaqlar altına atmış və döşəmə cındırına çevirmişdi, birinci zühurunda Putin Rusiyanı qaldırıb diz üstə qoydu, Medvedev Rusiyanı dombaltmışdı və indi Putin ölkəni ayaq üstə qaldırıb, səndələyə-səndələyə olsa da, irəli ilk addımlarını atır. Dostum, deyəsən, sözlərimdən incimişdi, xatırlatdı ki, Qarabağı ermənilər Rusiya sayəsində işğal edib və bizə öz torpaqlarımızı azad etməyə imkan verməyən Rusiyadır. Bununla da bizim söhbətimiz yekunlaşdı. Dostuma deməyə macal tapmadım ki, özünə şamil etdiyin arşınla başqa ölkənin rəhbərini (Rusiya isə qonşumuz olsa da, başqa ölkədir) ölçmək düzgün deyil. İstənilən dövlətin başçısı ilk növbədə öz ölkəsinin, öz xalqının maraqları haqqında düşünməlidir. Öz ölkəsinin maraqları tələb edəndə o, başqa istənilən dövlətə xoş olmayanı etməyi bacarmalı və bunu etməyə borcludur. Əfsus, dünya bu cür qurulmuşdur, onu bu cür edən Putin deyil və onu dəyişmək də Putinlik deyil. Mərhələ var idi, Sovet İttifaqı Qorbaçovun dövründə, ardınca da Rusiya Yeltsin vaxtında hamı üçün yaxşı olmağa can atırdı. Sovet İttifaqı və Rusiyanın xarici işlər nazirləri, müvafiq olaraq, Eduard Şevardnadze və Andrey Kozırev ləqəb almışdılar: «Mister “Yes”» və onlara heç kim hörmət etmirdi. Bu mənada onlar, «Mister “No”» adlandırılan Andrey Qromıkodan fərqlənirdilər, doğrudur, A.Qromıkonu sevmirdilər, amma hörmət edirdilər. Odur ki, mən Putinə qiymət verəndə onun Azərbaycan üçün yaxşı və yaxud pis olması nöqteyi-nəzərindən yanaşmıram. Mən onun fəaliyyətinin öz ölkəsinə və bütövlükdə dünyaya nə vəd etdiyi nöqtey-nəzərindən yanaşıram. Bəli, ABŞ və onun vassalları Putinə nifrət edir, mən onu sevmirəm (onun buna heç ehtiyacı da yoxdur), ancaq məsələ ondadır ki, öz xalqı haqqında da düşünən liderin peyda olmasında Rusiyanın bəxtinin gətirməsi prinsip etibarilə rusiyalılar üçün yaxşıdır, elə dünyanın bəzi ölkələri üçün də pis deyil...

Məncə, dünyaya çox sayda böyük mədəniyyət və incəsənət xadimi, dahi alim və maliyyəçi, parlaq siyasətçi bəxş etmiş bir millət var və mən buna görə ona hörmət edirəm – söhbət yəhudi xalqından gedir. Lakin, necə deyərlər, beş barmağın beşi də bir deyil. Bu xalq istedadlı olsa da, onlar möcüzələr yaratmağa qabil olsalar da, əslən bu xalqdan olub, şəxsi keyfiyyətlərinə görə isə əclaf olan nümayəndələri rəzilliklərində hədd-hüdud bilmir. Və ən kədərli odur ki, bu idbarçılıqda ən çox əzab-əziyyət çəkən elə onların öz xalqıdır. Hitler faşizmi bütün dünyaya və bütün xalqlara ağlasızmaz dərd-bəla gətirmişdi, ancaq ən böyük qan-qadaya məruz qalan yəhudi xalqı olmuşdu. Yəhudilər bir millət olaraq kökü kəsilməklə üzləşmişdilər, Avropa onlardan demək olar tamamilə təmizlənmiş, canını qurtara bilənlər isə konsentrasiya düşərgələrinə atılmışdı. Adolf Hitler adlı alçağa yəhudi maqnatları maliyyə cəhətdən kömək edirdilər... Elə başa düşmək olardı ki, millətçilik və ələlxüsus da faşizmin istənilən formada təzahürünə bu xalqda immunitet olmalıdır. Lakin cəmi 50-60 il ötüb, hazırda elə təəssürat yaranır olar ki, ya millətçilik və faşizm virusları mutasiyaya məruz qalıb, ya da yəhudilərin bəzisində bu yoluxucuya qarşı immunitet yox olmuşdur. Amerikalılar Ukraynada faşistləri hakimiyyətə gətirməyi qərara alanda, onlara ən idbar, ən həris əclaflar lazım idi. Kütləni onlar Ukraynanın qərb vilayətlərində seçmiş və təlim keçmişdilər, amma imkanlı, pul-paradan və oğurluqdan baş açan adamlar da tələb olunurdu. Və bax belələrini onlar ukraynalı oliqarxların arasında tapmışdılar. Ən qüssəli odur ki, Kolomoyski, Taruta, Poroşenko, Yasenyuk, Qroyzman və b. kimi adamları yəhudilərlə ümumu nə isə bağlayırdı. Əlbəttə ki, ermənilərsiz də ötüşməmişdi – Yuliya Timoşenko-Qriqoryan, Arsen Avakov və b. (söz düşmüşkən, həqiqət naminə demək lazımdır ki, əks tərəfdə də ermənilər var, axı yumurtaların hamısı bir səbətə yığılmamalıdır)!? Mən nə üçün deyirəm ki, bu əclaflar yəhudi yox, yəhudilərə aidiyyəti olan adamlardır? Çünki bu böyük xalqı təhqir etmək istəmirəm. Lakin böyüklüyü heç də az olmayan prezident Franklin Delano Ruzvelt dediyi kimi, “hər bir xalqın, hər bir millətin öz əclafları olmasına hüququ var”! Ukraynada day belə alınmışdır ki, eyni vaxtda da hakimiyyətə həmin bu “əclaflar” gəldi. Və indi Sovet xalqının Böyük Vətən müharibəsində qələbəsi inkar edilir, Böyük Vətən müharibəsi sözü özü qadağa altına qoyulur, Hitlerin məsləkdaşları Stepan Bendera və Roman Şuxeviç Ukrayna xalqının əsl qəhrəmanları olur, partizanlar Sidor Kovpak və Aleksey Fyodorov isə, hitlerçi nökər-benderçilərdən fərqli olaraq, düşmən adlandırılırlar. Bu əclafların heç ağlına da gəlmir ki, Sovet İttifaqının Böyük Qələbəsi olmasaydı onlar heç dünyaya da göz açmazdılar, bu idbarları doğmağa qadın olmayacaqdı. Poroşenko Hitler və Stalin arasında bərabərlik işarəsi qoymuşdur. Qəribədir ki, bundan iki gün əvvəl eyni bərabərlik işarəsini çox məşhur telejurnalist Vladimir Pozner də qoymuşdu. Amma Pozneri day mən başa düşürəm, axı şəxsən o özü həmin illərdə artıq dünyaya gəlmişdi və valideynləri ilə birlikdə şad-xürrəm xaricdə yaşayırdı – Stalinin rəhbərliyi altında olan Sovet İttifaqının pullarına. Sonralar Pozner özü də bütün ömrünü xaricdə yaşamış, yenə də ləzzətlə yeyib-içir, səksəkəsiz yatır, qayğısız həyat sürmüşdü və yenə də Sovet İttifaqının pullarına. Və bir də, Poznerin belə bir müqayisə aparmasını onun sinninin ayağına da yazmaq olar, insanın yaşı çoxaldıqca beyin də təravətini itirir. Bax Ukraynanın indiki rəhbərliyi isə bilməlidir ki, Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsi olmasaydı və bu qələbənin mehrabına 27 milyon sovet insanının həyatı qoyulmasaydı, nəinki onlar dünyaya gəlməz, heç indi rəhbərlik etdikləri Ukrayna da olmazdı. Odur ki, qoy su içdikləri və indən belə də su içəcəkləri quyuya tüpürməsinlər. Axı oğurluq pullarla susuzluq yanğısını söndürmək mümkün deyil, bu yaramazların hakimiyyət yanğısını isə tezlilə qüdrətli Ukrayna Xalqı özü yatıracaq!

Məncə, haqlıyam.

Video və fotolar