Mənim fikrimcə (40)

 Məncə, bütün dünya Osmanlı imperiyasında ermənilərin bədnam soyqırımının 100 illiyini bayram etməyə hazırlaşır. Nə üçün anım yox, bayram edirlər? Ona görə ki, kim necə qəbul etsə də, ermənilər üçün bu – bayramdır. Soruşacaqsınız niyə? Cavab verirəm: onlar əsrlik xəyallarının, erməni xalqının soyqırımının rəsmi tanınması məqamının gerçəkləşməsinə yaxındırlar, bu onlara və bir çox gələcək erməni nəslinə maliyyə rifahı gətirəcək. Yüz il əvvəl erməni millətçiliyinin ideoloqları planetin bütün künc-bucaqlarında, vətəndaşları olduqları ölkənin milli maraqlarına etdikləri xəyanətin qurbanı olmuş on minlərlə erməninin öldürülməsi haqqında ulaçmırdılar. Xeyr, erməni xalqının bədnam liderləri ermənilərə yetirilən, on minlərlə qızılla ölçülən ziyan haqqında zarıyırdılar. Bütün bu illər ərzində onlar əllərinə cındır götürüb, hər künc-bucaqda erməni xalqının acı taleyinə ağı deyib göz yaşı axıdırdılar, özü də ilbəil ermənilərə, guya dəyən maddi ziyan ilbəil həndəsi silsilə ilə artırdı. Düşünürsünüz ki, erməni xalqının fərsiz və həris bədnam liderlərinin günahı üzündən həyatını itirən insanlara görə o vaxt və yaxud indi həmin liderlər vicdan əzabı çəkib? Xeyr! Onları maraqlandıran yalnız soyqırım rəsmi tanınandan sonra Türkiyədən nə tələb edəcəkləridir – 200 milyard ABŞ dolları. 

Bəs necə alındı ki, yalnız Rusiyanın simasında tək bircə strateji müttəfiqə malik olan Ermənistan bu cür diplomatik uğura – Osmanlı imperiyasının öz xəyanətkar-vətəndaşlarını kütləvi surətdə cəzalandırmasının 100 illik ildönümünə Yerevana çox sayda dünya liderinin gəlişinə nail oldu? Bəli, bütün dünyaya bərqərar olan fəal və tıxamağa nə qədər çalışsalar da, bütün dəlmə-deşiklərdən göz qoyan erməni disporasının rolu böyükdür. Ancaq əsas olan bu deyil. Osmanlılar Konstantinopolu ələ keçirməzdən əvvəl şəhəri mühasirəyə alanda, Bizans imperiyasının sonuncu imperatoru XI Konstantinin Fateh Mehmetlə görüşü baş tutmuşdu. Rəvayətə görə, XI Konstantin Fateh Mehmetə sual vermişdi: sən axı nəyə ümid edirsən, sənin ata və babaların da Konstantinopolu dəfələrlə ələ keçirmək istəyib, amma onlar buna müvəffəq olmayıblar. Fateh Mehmet cavab veribmiş ki, sən heç vaxt bu qədər zəif olmamısan, sən və əyanların Bizansı zəiflədib və ölkəni müflis vəziyyətə gətirib. İkincisi, biz də indiyədək hələ heç vaxt bu qədər güclü olmamışdıq.

Bilmirəm, belə bir dialoq olmuşdumu – iştirak etməmişəm. Amma bu çox ibrətamizdir. Rəhbər elə fəaliyyət göstərməlidir ki, ölkəsi güclü və qüdrətli olsun və onda onunla hesablaşarlar. Bəs nə baş verib? Nə üçün Türkiyə Respublikası o səviyyəyə çatıb ki, müttəfiqləri onu – NATO üzvünü yox, dilənci və arsız Ermənistanı və onun diasporasını dəstəkləyir?

Məncə, mücrü çox asan açılır. Türkiyədə hakimiyyətə, necə deyərlər, sivil islamçılar gəlmişdir. Və onlar Türkiyə Respublikasının böyük vətəndaşı Mustafa Kamal Paşa Atatürk tərəfindən Türkiyə Respublikasının təməlinə qoyulan əsası dağıtmağa başladılar. O, vaxtilə, Türkiyə Respublikasının sivil inkişafının zamininin Türkiyə ordusu olduğunu Konstitusiyada təsbit etmişdi. Dəfələrlə olub ki, müasir Türkiyənin həyatının ən ağır çağlarında dövlətin və xalqın taleyinə görə məsuliyyəti öz üzərinə məhz Türkiyə ordusu götürmüşdü. İstər əsgər, istərsə də zabit, fərqi yoxdur, orduya aidiyyətinin olması sonsuz şərəflidir. Ordu güclü və məsuliyyətli idi. Anlayırdı ki, onu dolandıran xalqdır və dövlətə və xalqa xidmət göstərməlidir. “Soyuq müharibə” başa çatandan sonra Türkiyə ABŞ və vassalları üçün geosiyasi əhəmiyyətini itirmişdir. Əvvəllər Türkiyə NATO-nun Sovet İttifaqına zərbə endirmək mümkün olan (əgər buna cürət edərdilərsə) ən yaxın nöqtəsi idi. Türkiyə bütün bu mərhələ ərzində, əvvəl Ümumi Bazara, sonra isə Avropa İttifaqına daxil olmağa əbəs səy göstərirdi. Türkiyədə iqtisadi vəziyyət ağır idi və Avropa İttifaqı hesabına iqtisadi böhrandan çıxmağa ümid bəsləyirdi. Konstitusiyanı dəyişmək, ölkə Konstitusiyasının zamininin ordu olduğu müddəasını Konstitusiyadan çıxarmaq Türkiyəyə dəfələrlə təklif olunmuşdu. Lakin Atatürkün vəsiyyətlərinə sadiq olan Türkiyənin sivil partiyalarından heç biri buna getmirdi. Ancaq budur, hakimiyyətə başda xarizmatik lider – Rəcəb Təyib Ərdoğan olmaqla,, necə deyərlər, sivil islamçılar gəldi. Və başlandı. O, Avropa İttifaqı liderləri qarşısında, restoranda qarson kimi, müştərinin hər bir şıltaqlığını yerinə yetirməyə hazır olan poza aldı. Müştərilər isə ordunu heç nəyə çevirmək, generalları plintus və ondan da aşağı səviyyəyə salmaq tələbini qoyurdular və bax bunu edərsə onda Türkiyəni, ola bilsin, Avropa İttifaqına qəbul etdilər. Ümumiyyətlə baxanda, Türkiyə siyasətçilərinin hamısı bilməli idi ki, Roma Papasının tövsiyələri və xeyir-duası ilə hələ “Kömür və Polad Birliyi” kimi yarandığı vaxtlarda Avropa İttifaqı xristian dövlətləri ittifaqı olmuşdu, sonralar da bu cür olub və indi də belədir. Düşünməyin ki, mən, Türkiyə Respublikasının böyük vətəndaşının Türkiyə Respublikasının təməlinə qoyduğu əsasları dağıdanda Ərdoğanın Avropa İttifaqının tövsiyələrinə kor-koranə riayət etdiyini zənn eləyirəm. Bu onun şəxsi, eləcə də təmsil etdiyi qüvvələrin maraqlarına müvafiq idi. Generalları 30 il, 40 il əvvəlki dövlət çevrilişlərinə görə müxtəlif uydurma cinayət işləri vasitəsilə təqib edirdilər, hərçənd o vaxtkı konstitusiya generallara bu hüququ verirdi. Məsələ ondadır ki, Ərdoğan ölkə üzərində təhlükə qovuşanda ordunun müdaxilə etmək hüququnu artıq ləğv etmişdir. Ancaq həmin cinayət işlərinin hamısı məhkəmə araşdırmalarının gedişində uçub-dağılırdı, prokurorlar uydurma, barmaqdan sovurulub çıxarılan cinayət ittihamlarını dəstəkləmirdilər. Onda növbə prokurorluqlara da çatdı, vicdanlı polisləri topa-topa işdən çıxarırdılar və sivil islamçılar hazırda məhkəmə sistemini dağıdırlar, bundan sonra isə, əmin olun, bir – rəhbəredici və istiqamətverici partiyanın diktaturası olacaq...

Məncə, Ərdoğanın beynəlxalq arenada da “görkəmli” nailiyyətləri olmuşdur. Belə ki, Azərbaycanın arxasında Türkiyə Ermənistanla iki ölkə arasında sərhədlərin açılması üzrə danışıqlar aparırdı. Ərdoğan erməni xalqının bədnam soyqırımının növbəti ildönümü ilə bağlı başsağlığı göndəmişdi. Və yalnız, protokolun imzalanması ilə bağlı bir söz də demədən, eyni zamanda da hər şeyi deyən Azərbaycan Respublikası prezidentenin qətiyyətli mövqeyi protokolun ratifikasiyasını dayandırdı. Və Ərdoğan Türkiyəsi protokolları imzalasa da, onları ratifikasiya etməyərək geri çəkildi. Ümumiyyətlə, Türkiyənin Azərbaycana münasibəti həmişə merkantil səciyyəli olmuşdur. Axı əfsanəvi Nuri Paşa da 1918-ci ildə azərbaycanlı əhalinin qırğınının qarşısını almaq üçün Gəncədən Bakıya yalnız Hacı Zeynəlabdin Tağıyevin qızılları sayəsində gəlmişdi. Təhqiredici “Ərəb baharı” adlandırılan, Hillari Klintonun ərəb Şərqini dağıtmaq üzrə qan-qadalı planını yerinə yetirmək üçün Ərdoğan dəridən-qabıqdan çıxırdı. Sanki, “Mauqli”dən olan qaniçən Şirxanın böyründə çaqqal Nabukenin rolunu oynamaqla, ultimativ bəyanatlar verir və Müəmmər Qəzzafinin, Bəşər Əsədin hakimiyyətdən istifa vermələri müddətini təyin edirdi. O, qonşu ölkələrin ərazisinə keçərək, orada qanuni hakimiyyətləri devirmələri üçün muzdlu-avantürist-əclaflara Türkiyənin sərhədlərini taybatay açmışdı. Və iş o yerə çatdı ki, Türkiyənin sərhədi karvansaraya döndü. O ümid edirdi ki, Amerika Birləşmiş Ştatlarının zəncirlənmiş iti rolunu oynamaqla, Qurbanəli bəy kimi, başını tumarlayacaq və deyəcəklər: “Molodes sobak”. Ümumiyyətlə, məsləkdaşları Misirdəki “Müsəlman qardaşları” olan “sivil islamçı” adlandırılanlar ABŞ və vassallarının – Türkiyənin NATO üzrə müttəfiqlərinin erməni xalqının bədnam soyqırımının 100 il1iyinə Yerevana getməzdən ayaqlarını Türkiyəyə silə biləcəkləri dərəcədə Türkiyəni zəifətmək üçün əllərindən gələni ediblər.

Türkiyə Respublikası, erməni ac-yalavaclarına vermək üçün 200 milyard ABŞ dollarını hazırla.

Məncə, haqlıyam.

 

P.S Ermənilər Azərbaycandan köçən ermənilərin itirdiyi əmlakın kompensasiyası müqabilində Azərbaycandan 3 trilyon ABŞ dolları tələb etmək qərarına gəliblər. Göbbels dediyi kimi, yalan elə həyasızcasına deyilməlidir ki, ona inansınlar.

Qorxunc yuxu kimi təsəvvür edirəm ki, Allah göstərməmiş, Azərbaycanda hakimiyyətə beşinci sütun gəlmiş olsun. Onda ermənilərin xəyalı çin də ola bilər...

 

Məncə, haqlıyam.

Video və fotolar