Fəaliyyətimiz

Azərbaycan Respublikası                                                        Təsdiq edirəm:

Ədliyyə Nazirliyinin Kollegiyasında

qeydiyyata alınmışdır                                                             ASDP-nin sədri

Nazir                                                                                      Araz Əlizadə

1995-ci il                                                                              27.08.1995-ci il

 

AZADLIQ    *     ƏDALƏT    *    HƏMRƏYLİK

 

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASI

 

MƏRAMNAMƏ

*

*

NİZAMNAMƏ

 

AZƏRBAYCAN SOSİAL-DEMOKRAT PARTİYASININ

 

NİZAMNAMƏSİ

 

Ümumi Müddəalar

 

Azərbaycan Sosial-Demokrat Partiyası – könüllülük əsasında birləşib ictimai ədalət və demokratiya uğrunda mübarizə aparan sosial-demokratların siyasi təşkilatıdır.

ASDP üzvlərinin fəaliyyəti azad şəxsiyyət prinsipləri, ictimai ədalət, hüquq bərabərliyi və insan hüquqlarının, millətlərin, xalqların müdafiəsi, milli həmrəyliyə tə'minat verən  humanist məqsədlərlə bağlıdır.

ASDP demokratik təşkilatlarla və partiyalarla əməkdaşlıq edir.

 

ASDP-nin sədri 

 

1.1. 18 yaşına çatmış, ASDP-nin Məramnamə və Nizamnaməsini qəbul edən, partiyanın tədbirlərində fəal iştirak edən, onun ideyalarını təbliğ edən, cinsindən, milliyətindən və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşı ASDP-nin üzvü ola bilər.

1.2. ASDP-niin üzvlüyünə qəbul fərdidir. Partiya üzvlüyünə qəbul:

- ərazi üzrə təşkilat komitəsinin bürosu tərəfindən özəyin ümumi yığıncağının qəbul haqqında qərarına əsasən;

- ərazi prinsipi üzrə təşkilatda birləşməyən özəklərdən partiyaya qəbul yığıncağın qərarı ilə ASDP MK-nın Bürosunda;

- özək və ərazi təşkilatları olmayan yerlərdən ASDP MK Bürosu tərəfindən həyata keçirilir.

1.3. ASDP üzvünün vahid üzvlük bileti vardır. Üzvlərin qeydiyyatı ASDP MK-da, təşkilatın ərazi komitəsində və özəkdə aparılır.

1.4. ASDP üzvü ancaq bir ilk təşkilatın qeydiyyatında dura bilər.

1.5. Sayı üçdən az olan ASDP üzvləri yaxın ərazilərdə mövcud olan ərazi üzrə özəklərdə qeydiyyata durmalıdırlar.

1.6. ASDP-nin bütün üzvləri bərabər hüquqa malikdir. Partiya üzvləri:

- partiyanın daxili və xarici siyasət məsələlərinin müzakirəsində iştirak etmək;

- partiya orqanlarının bütün pillələrinə seçmək və seçilmək;

- partiya orqanlarının fəaliyyətini tənqid etmək;

- partiya işinə nəzarətdə bütün partiya qurumlarına təklif və sorğularla müraciət etmək və 1 ay ərzində cavab almaq;

- partiya qurumlarının fəaliyyətinə aid məsələlərin müzakirələrində iştirak etmək hüququna malikdir.

1.7. ASDP-yə üzvülük heç bir imtiyaz vermir, vətandaşın hüquq və azadlığına məhdudiyyət qoymur.

1.8. ASDP üzvünün öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitutsiyasına  uyğun quran ictimai təşkilat və hərakatlara üzv olmaq hüququ vardır.

1.9. ASDP üzvü digər partiyaların üzvü ola bilməz.

1.10. Partiya üzvünün partiyadan çıxmaq haqqında könüllü olaraq verdiyi ərizəyə əsasən onun partiya üzvlüyünə son qoyulur. Ərizəyə özəyin bürosunda, bürosu olmayan özəklərin ümumi yığıncağında baxılır və bu barədə yuxarı orqanlara məlumat verilir. Büro və ya ümumi yığıncağın işində üzvlükdən çıxmaq barədə ərizə verənin iştirakı könüllüdür.

1.11. Partiya Məramnamə və Nizamnaməsinin tələblərinə riayət etməyən, partiyanın ideya xəttindən kənara çıxan, ASDP-nin nüfuzuna xələl gətirən partiya üzvü qeydiyyatında durduğu özəyin ümümi iclası tərəfindən üzvlükdən xaric edilir. Bu barədə ərazi təşkilatına və ASDP MK Bürosuna məlumat verilir. Üzvün ASDP-dən xaric olunma məsələsi müzakirə edilən yığıncaqda onun iştirakına tə'minat verilir.

Yuxarı seçkili qurumların üzvü olan partiya üzvləri, ancaq həmin qurumların razılığı ilə üzvlükdən xaric oluna bilər.

Müstəsna hallarda ASDP MK və ərazi təşkilatının büroları partiya Məramnamə və Nizamnamə tələblərini kobud surətdə pozan partiya üzvlərini sıralarından xaric edə bilərlər.

Seçkili qurumların üzvü olan partiya üzvləri haqqında büroların partiyadan xaricetmə qərarları ASDP MK-da və ərazi komitələrində təsdiq edilməlidir.

Üzvlükdən çıxarılanın bir il ərzində ASDP-nin Mərkəzi Nəzarət Komisiyasına etirazla müraciət etmək hüququ saxlanılır. Ərizəyə daxil olduğu gündən iki aydan gec olmayaraq baxılaraq, cavab verilməlidir. Mərkəzi Nəzarət Komissiyası xaricetmə haqqında qərarı ləğv edə bilər.

1.12. ASDP-də üzvlük haqqı gəlirin 1 faizi qədərdir. Ölkənin ağır iqtisadi vəziyyəti nəzərə alınaraq üzvlük haqqının ödənilməsi könüllüdür.

 

2. ASDP-nin TƏŞKİLATİ STRUKTURU

 

2.1. ASDP-nin ərazi üzrə özək və özündə özəkləri birləşdirən təşkilatları vardır.

2.2. Partiyanın əsasını özək təşkil edir.

2.3. ASDP-nin üç və daha çox üzvünü birləşdirən ərazilərdə ərazi prinsipi üzrə özək yaradılır.

2.4. Özəyin ümumi yığıncağı ayda bir dəfədən az olmayaraq keçirilir. İclas özəyin qeydiyyatında duran üzvlərin 50 %-i toplandıqda səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Qeydiyyatda olan üzvlərin bir hissəsinin tələbi, özək bürosunun qərarı və özək sədrinin təşəbbüsü ilə nöbədənkənar yığıncaq keçirilə bilər.

2.5. Özəyin ümumi yığıncağı bir il müddətinə özəyin sədrini, onun müavinini, onların daxil olduğu özək bürosunu, xəzinədarı və nəzarət komissiyasını seçir. Üzvlərin sayı on nəfərdən az olan özəklərdə büro seçilmir.

2.6. Büro özəyin cari məsələlərinin həlli və müzakirəsi üçün ayda iki dəfədən az olmayaraq öz iclasını keçirir. Büro iclası üzvlərinin 2/3 hissəsi toplandıqda səlahiyyətlidir. İclasda müzakirə olunan məsələ barədə qərarın sadə və ya səlahiyyətli (2/3) səs çoxluğu ilə qəbul edilməsi, həmin qərarın ASDP-nin siyasi nüfuzuna təsir edə bilməsi şərti nəzərə alınmaqla, büro üzvlərinin sadə səs çoxluğu ilə qabaqcadan müəyyən edilir. İclasda müzakirə olunan məsələ barədə qərarın qəbul olunması üçün və yaxud onun icraya qəbulu üçün lazımi səs çoxluğu olmadıqda, məsələ özək üzvlərinin ümumi yığıncağının müzakirəsinə çıxarılır.

2.7. Ərazi prinsipi üzrə yaranan bir neçə özək, bu özəkləri birləşdirən ərazı prinsipi üzrə təşkilat yarada bilər. Xüsusi hallarda ASDP MK-nın qərarı ilə bir neçə qonşu inzibati ərazi bölgəsində fəaliyyət göstərən özəklər bir ərazi təşkilatında birləşdirilə bilər.

2.8. Ərazi təşkilatının ali orqanı ildə bir dəfədən az olmayaraq keçirilən konfransdır. Konfrans nümayəndələrinin 2/3 hissəsi toplandıqda səlahiyyətlidir.

2.9. Konfrans bir il müddətinə ASDP ərazi təşkilatının komitəsini, nəzarət komissiyasını, xəzinədarlar qrupunu, komitə üzvlərindən ərazi təşkilatının sədrini və onun müavinin gizli səsvermə yolu ilə seçir.

2.10. Ərazi təşkilatının komitəsi, ASDP ərazi təşklilatının konfranslararası müddətdə rəhbər orqanıdır. Ərazi təşkilatının iclasları 2 ayda bir dəfədən az olmayaraq keçirilir.

ASDP ərazi təşkilatının komitəsi cari işləri həyata keçirmək üçün təşkilat sədrinin və sədr müavnin daxil olduğu komitə bürosunu seçir. Təşkilatın komitə bürosunun iclası ayda iki dəfədən az olmayaraq keçirilir.

Ərazi təşkilatının komitəsi və onun bürosunun iclasları üzvlərin 2/3 hissəsi toplandıqda səlahiyyətlidir. İclaslarda müzakirə olunan məsələ barədə çıxarılan qərarın sadə və ya səlahiyyətli (2/3) səs çoxluğu ilə qəbul edilməsi, qəbul olunacaq qərarın ASDP-nin siyasi nüfuzuna tə'sir edə bilməsi şərti nəzərə alınmaqla, komitə və ya büro üzvlərinin sadə səs çoxluğu ilə qabaqcadan müəyyən edilir.

2.11. ASDP ərazi təşkilatının qeydiyyatında olan üzvlərin bir hissəsinin tələbi, ərazi təşkilatları komitələrinin qərarı və ərazi təşkilat sədrinin təşəbbüsü ilə növbədənkənar konfrans keçirə bilər.

2.12. Özəklərdən ərazi təşkilatının konfransına nümayəndəlik norması – ASDP ərazi təşkilatının komitəsi ilə Nəzarət Komissiyasının birgə keçirilən iclasında sadə səs çoxluğu ilə müəyyən edilir.

2.13. ASDP ərazi təşkilatının sədri – partiyanın Məramnamə və Nizamnaməsini rəhbər tutaraq təşkilatın ali və icraçı orqanlarının qərarlarına müvafiq olaraq ASDP-ni müxtəlif ictimai-siyasi təşkilatlarla, hakimiyyət orqanları ilə əlaqələrdə təmsil edir. ASDP ərazi təşkilatının sədri müəyyən səbəblər üzündən fəaliyyətini dayandırdıqda onun səlahiyyətlərini sədr müavini yerinə yetirir.

2.14. ASDP ərazi təşkilatının qəbul etdiyi qərar ASDP-nin strateji məqsədinə və ASDP-nin qarşısında duran vəzifələrə zidd olarsa, ASDP MK bu təşkilatın seçkili rəhbər orqanlarının yenidən seçilməsi, təşkilatın fəaliyyətinin dayandırılması və təşkilatın ləğv edilməsi məsələsini həll edə bilər.

2.15. Özək və ərazi təşkilatı öz fəaliyyətini maliyyələşdirmək üçün daxil olan üzvlük haqqının 50 %-ni özündə saxlaya bilər.

2.16. Özəyin və ərazi təşkilatının yaradılmasında və fəaliyyətində Nizamnamə tələbləri pozularsa, MNK-nın təqdimatı ilə ASDP MK onları ləğv və yenidən təşkil edə bilər.

Özəklərin və ərazi təşkilatlarının təşkili və ləğvi ASDP MNK tərəfindən həyata keçirilir.

2.17. Özək yağancağı və ərazi təşkilatının səlahiyyətli iclasında iştirakçıların 2/3 hissəsinin seçkili orqanlara və sədrə etimadsızlıq qərarı əsasında özək və yz ərazi təşkilatı seçkili orqanlara yenidən seçki keçirə bilər.

2.18. Seçkili orqanlar, onları seçən yığıncaq və konfrans qarşısında cavabdehdir.

2.19. ASDP daxilində partiyanın tərkib hissəsi kimi Qadın Sosial-Demokrat Təşkilatı fəaliyyət göstərir.

2.20. ASDP daxilində partiyanın tərkib hissəsi kimi Azərbaycan Gənclərinin Sosil-Demokrat Təşkilatı fəaliyyət göstərir.

 

3.  ASDP-nin ALİ ORQANI

 

3.1. Azərbaycan Sosial-Demokrat Partiyasının ali orqani 5 ildə bir dəfədən az olmayaraq toplanan qurultaydır. Qurultaya nümayəndəlik norması ASDP MK Plenumunda (iclasında) müəyyən edilir.

3.2. Qurultayın keçirilməsi ilə əlaqədar bütün təşkilati məsələlər ASDP MK-nın səlahiyyətinə daxildir. ASDP MK fəaliyyət göstərmədikdə qurultayın keçirilməsi ilə bağlı səlahiyyətləri ASDP MK Bürosu Mərkəzi Nəzarət Komissiyası ilə birgə, bu orqanlar fəaliyyət göstərmədikdə isə ASDP sədrinin yaratdığı təşkilat komitəsi öz üzərinə götürür.

Mərkəzi Komitənin Plenumunun qərarı ilə qurultayın keçirilmə vaxtı müəyyənləşdirilir, gündəliyin layihəsi hazırlanır və qurultayın başlanmasına 1,5 ay qalanadək bütün özək və ərazi təşkilatlarının müzakirəsinə verilir.

Növbədənkənar qurultay ASDP sədrinin, MNK-nın, MK üzvlərinin və ya partiya komitələrinin 1/3 hissəsinin qərarı ilə çağırıla bilər.

Qurultaya nümayəndələr özəklərdə və ya ərazi üzrə təşkilatlarda qediyyatda duran partiya üzvlərinin 2/3 hissəsinin iştirak etdiyi iclasda MK plenumunun müəyyən etdiyi nümayəndəlik normasına uyğun olaraq birbaşa və gizli səsvermə yolu ilə seçilirlər.

Özəyin qeydiyyatında olan partiya üzvlərinin sayı nümayəndəlik normasından az olduğu halda, iki və daha çox özək, ərazi təşkilat komitəsi bürosunun razılığı əsasında birgə yığıncağını keçirərək qurultaya nümayəndəni yuxarıda göstərilən qaydada seçir.

3.3. Qurultaya seçilmiş nümayəndələrin 2/3 hissəsi toplandıqda qurultay səlahiyyətlidir. Qurultayda qərarlar qurultay nümayəndələrinin yarısından çoxu səs verdikdə qəbul olunur.

3.4. ASDP-nin qurultayı:

- sədrin, Mərkəzi Komitənin, Mərkəzi Nəzarət Komissiyasının, partiya mətbuat orqanının baş redaktorunun hesabatını dinləyir, onların fəaliyyətini qiymətləndirir və gələcək icra üçün qərarlar qəbul edir;

- partiya Nizamnaməsini və Məramnaməsini qəbul edir, onlara yenidən baxır, düzəlişlər, əlavələr və dəyişikliklər edir;

- partiyanın siyasi xəttini müəyyənləşdirir;

- ASDP-nin Mərkəzi Komitəsinin say tərkibini müəyyənləşdirir və onu seçir;

- ASDP-nin sədrini və müavinləri seçir;

- ASDP-nin Mərkəzi Nəzarət Komissiyasının say tərkibini müəyyənləşdirir və onu seçir;

- ASDP-nin mətbu orqanının baş redaktorunu seçir;

- ASDP-də üzvlük haqqını müəyyən edir, özək və ərazi təşkilatlarının fəaliyyətini maliyyələşdirmək üçün onlara daxil olan üzvlük haqqının bölünmə qaydasını nüəyyən edir;

- ASDP-nin fəaliyyətinə xitam verilməsi məsələsinə baxır;

- ASDP-nin faliyyətinə xitam verildikdə ləğvetmə komissiyasını yaradır.

3.5. ASDP-nin mərkəzi orqanlarına seçkilər qurultayda gizli səsvermə yolu ilə keçirilir. Qurultayda səsvermə hüququ ilə iştirak edən nümayəndələrin 50 %-dən çoxunun səsini toplayan namizədlər sadə səs çoxluğu ilə mərkəzi orqanlara seçilmiş sayılırlar.

3.7. ASDP-nin Mərkəzi Komitəsi:

- cari siyasi və təşkilati məsələlərin həlli üçün öz tərkibindən partiyanın sədrini və müavinlər daxil olmaqla ASDP-nin Bürosunu gizli səsvermə yolu ilə seçir;

- ASDP qurultayının qərarlarının həyata keçirilməsini tə'min edir;

- Məramnamə tələblərinə uyğun siyasi, ictimai və iqtisadi təklifləri hazırlayır və dövlət orqanları və ictimaiyyətin müzakirəsinə çıxarır;

- Nizamnamə tələblərinə uyğun partiyadaxili fəaliyyəti tənzimləyən tə'limatlar hazırlayır, təsdiq edir və icrasını tə'min edir.

- Nizamnamə və Məramnamə prinsiplərini kobud şəkidə pozan partiya üzvlərinin partiyadan xaric edilməsi barədə MK Bürosunun qərarına baxır, bu qərar düzgün sayıldıqda onu təsdiq edir;

- Siyasi vəziyyəti təhlil edir və proqnozlaşdırır, respublikadakı demokratik təşkilatlarla, respublika hökuməti və parlamenti ilə, dünyanın sosial-demokrat təşkilatları ilə əməkdaşlıq edir, bu məqsədlə işçi qruplar və komissiyalar yaradır və onların hesabatını dinləyir;

- MK Bürosunun və işçi orqanların üzvlərini azad edir və yenilərini seçir;

- ASDP MK Plenumu 3 ayda 1 dəfədən az olmayaraq toplanır. Plenum MK üzvlərinin yarısı iştirak etdikdə səlahiyyətlidir. Plenumun müzakirəsinə çıxarılan məsələ barədə qəbul edilən qərarın sadə və ya səlahiyyətli (2/3) səs çoxluğu ilə qəbul edilməsi, qəbul olunacaq qərarın ASDP-nin siyasi nüfuzuna tə'sir edə bilməsi şərti nəzərə alınmaqla, MK üzvlərinin sadə səs çoxluğu ilə qabaqcadan müəyyən edilir.

3.8. ASDP MK Bürosu rəhbər orqan olub:

- cari məsələləri müzakirə edir, qərarlarını icra üçün ərazi partiya təşkilatlarına göndərir;

- siyasi və təşkilati məsələlərin vacibliyini müəyyən edir, müzakirə və təsdiq üçün ASDP MK Plenumuna çıxarır;

- maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət edir;

- ASDP MK Bürosu zərurət yarandıqda öz üzvünün səlahiyyətlərini dayandırıb 15 gündən gec olmayaraq onun məsələsini MK Plenumunun müzakirəsinə çıxarır;

- ASDP MK Bürosunun iclası Büro üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Müzakirəyə çıxarılan məsələ barədə qərarın sadə və ya səlahiyyətli (2/3) səs çoxluğu ilə qəbul edilməsi, Büro üzvlərinin sadə səs çoxluğu ilə qabaqcadan müəyyən edilir.

3.9. ASDP sədri:

- Nizamnamə və Məramnaməni rəhbər tutaraq, ASDP-nin ali və icra orqanlarının qərarlarına müvafiq olaraq partiyanı digər ictimai-siyasi təşkilatlarla, hakimiyyət orqanları ilə münasibətlərdə təmsil edir;

- ASDP MK-nın Plenumlararası dövrdə onun işçi orqanlarının işini təşkil edir;

- lazım saydıqda növbədənkənar qurultay çağırır;

- partiya üzvlüyündən yalnız qurultayın qərarı ilə çıxarıla bilər;

- hər hansı bir səbəbdən fəaliyyətini dayandırarsa, vəzifəsinin icrasını müavinlərdən birinə həvalə edə bilər;

3.10. ASDP-nin Mərkəzi Nəzarət Komissiyası:

- MNK-nın say tərkibi və heyəti ASDP-nin qurultayında müəyyən edilir və seçilir;

- MNK yalnız ASDP qurultayı qarşısında hesabat verir;

- MNK-nın mandatı ASDP-nin növbəti qurultayına qədər toxunulmazdır;

- Məramnamə və Nizamnamə əsasında bütün məsələlərin icrasına nəzarət edir;

- partiya üzvləri tərəfindən Məramnamə və Nizamnamə tələblərinin icrasına nəzarət edir və pozuntular aşkar edildikdə, onları ASDP üzvlüyündən çıxarmaq üçün müvafiq özək və komitələrə təqdimat verir;

- ərazi rayon təşkilatlarının ASDP üzvlüyündən xaric etmə barədə qərarını, müraciət olunduqda, təsdiq və ya ləğv edir;

- ASDP-nin bütün orqanlarının qəbul etdiyi qərarların, ASDP MK-nın tə'limatlarının Məramnamə və Nizamnaməyə uyğun olmasına nəzarət edir və pozuntular aşkar edildıkdə həmin orqanların nəzərinə çatdırmaqla həmin qərar və ya sənədi ləğv edir;

- ASDP-nin qurultay və MK Plenumunun qərarlarının partiya təşkilatları tərəfindən icrasını yoxlayır, öz təkliflərini və tənqidi qeydlərini MK Plenumunun, ASDP qurultayının və təşkilatlarının müzakirəsinə çıxarır;

- ASDP-nin büdcəsinin xərclənməsini, MK-nın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;

- ASDP-nin fəaliyyəti ilə bağlı partiya üzvlərinin şikayətlərinə baxır;

- ASDP-nin bütün səviyyələrdə seçkili orqanlarının iclaslarında iştirak edir və lazım bildiyi hallarda qarşılıqlı razılaşma əsasında eyni səs hüququ ilə digər seçkili orqanlarla birgə iclasların keçirilməsini təşkil edir;

- ASDP-nin üzvü Mərkəzi Nəzarət Komissiyasına seçildikdə digər seçkili orqanlara seçilə bilməz.

 

4. ASDP-nin ƏMLAKI VƏ ƏMLAKIN MEYDANA GƏLMƏ MƏNBƏLƏRİ

 

4.1. ASDP-nin mülkiyyətində binalar, avadanlıq, nəşriyyatlar, mətbəə, nəqliyyat vasitələri, habelə, Nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan digər əmlak ola bilər.

4.2. ASDP borc və ya icarə barəsində başqa şəxslərlə bağladığı müqaviləyə uyğun olaraq binalardan və başqqa əmlakdan istifadə edə bilər.

4.3. ASDP əmlakının yaranma mənbələri:

- üzvlük haqqları, əmlakdan götürülən gəlir, tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, habelə, gəlirlə bağlı buna bənzər digər fəaliyyətdən götürülə bilər;

- ianələr şəklində gəlir;

- seçki kampaniyasını aparmaq üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;

- ərazi partiya təşkilatlarının ödəncləri.

 

5. ASDP-nin HÜQUQİ FƏALİYYƏTİ

 

5.1. ASDP hüquqi şəxsdir, onun öz möhürü, rəmzi, maliyyə hesabı və mülkiyyəti vardır. ASDP iqamətgah saxlamaq (kirayə, icarə və ya mülkiyyətdə olmaqla) hüququna malikdir.

5.2. ASDP-nin özünümaliyyələşdirmə prinsipi ilə işləyən müstəqil mərkəzi mətbuat orqanı – “Yeni İstiqlal” qəzeti vardır.

5.3. ASDP-nin fəaliyyətinə yalnız öz qurultayının qərarı və ya Azərbaycan Respublikasının qanunları əsasında xitam verilə bilər.

 

6. ASDP-nin FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ ONUN ƏMLAKININ TALEYİ

 

6.1. ASDP-nin fəaliyyətinə yalnız öz qurultayının qərarı və ya Azərbaycan Respublikasının qanunları əsasında xitam verilə bilər.

6.2. ASDP-nin fəaliyyətinə xitam verildiyi təqdirdə ASDP-nin növbədənkənar qurultayı çağırılır və qurultayda ləğvetmə komissiyası yaradılır.

6.3. Ləğvetmə komissiyası:

- cari işlərə çəkilən xərcləri;

- partiya aparatının saxlanmasına çəkilən xərcləri;

- informasiyaya çəkilən xərcləri;

- ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərcləri;

- ərazi partiya təşkilatlarına ödəncləri;

- kredit üzrə faizləri, fərdi xərclər və ASDP-nin fəaliyyətini təmin edən digər qalan xərcləri;

- ləğvetmə komissiyasının fəaliyyəti ilə bağlı xərcləri ödədikdən sonra ASDP-nin sərəncamında qalan əmlakın taleyi barədə qərar qəbul edir.

Video və fotolar