Həsənov Kamil Babalı oğlu

Həsənov Kamil Babalı oğlu 1956-cı il martın 30-da Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 1973-cü ildə orta məktəbi bitirb. Həmin ildən Sumqayıt şəhər “Kompressorlar zavodu”nda işləyib. 1976-1978-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra “Kompressorlar zavodu”nda əmək fəaliyyətni davam etdirib. Ali təhsillidir, 1986-cı ildə Xarkov şəhərində Maşınqayırma institutunu bitirib, “Kompressorlar zavodu” birliyinin kommersiya şöbəsində baş əmtəəşünas vəzifəsində çalışıb.

1998-ci ildən işsizdir.

Əmək partiyası, Vətəndaş Birliyi partiyasının üzvü olub.

2003-cü ildən ASDP-nin üzvü, 2004-cü ildən ASDP Sumqayıt şəhər komitəsinin sədridir.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib.

Ailəlidir, iki övladı var.

Video və fotolar