Abbasov Sahib Abbas oğlu

Abbasov Sahib Abbas oğlu 1952-ci ildə Ağdaş şəhərində anadan olub. 1970-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1971-ci ildə “Kənd Təsərrüfatı Texnikumu”nun “Bitki mühafizəsi” fakültəsini, 1976-cı ildə “Bakı Dövlət Universiteti”nin biologiya fakültəsini bitirib.

1976-1978-ci illərdə Ağdaş şəhər 5 №-li orta məktəbdə müəllim, 1979-1985-ci illərdə Ağdaş rayon “Təhsil şöbəsi”nin inspektoru vəzifəsində işləyib.

1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının “Genetika və Seleksiya İnstitutu”nun aspiranturasına qəbul olunub və 1985-ci ilədək institutun “Texniki və yem birkiləri” şöbəsində elmi işçi olub.

1986-cı ildə “Ultrabənövşəyi şüaların toxumlara təsiri” mövzusunda elmi dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi adı alıb.

1986-1997-ci illərdə “Elit toxumçuluq təsərrüfatı”nın direktoru vəzifəsində fəaliyyət göstərib, eyni zamanda da “Ağdaş-3” pambıq növünün respublika üzrə toxumçu ordinatoru olub.

1997-2003-cü illərdə “Ağdaş rayon biologiya laboratoriyası”nın rəisi, 2005-2010-cu illərdə “Pambıq toxum nəzarət stansiyasının Ağdaş laboratoriyası”nın müdiri vəzifəsində işləyib.

Hazırda pensiyaçıdır.

1990-cı ildən ASDP-nin üzvüdür. 1991-ci ildə rayonun bir qrup ziyalısı ilə ASDP Ağdaş rayon komitısini təsis edib və dəyişməz olaraq təşkilatın sədri olub.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.

Ailəlidir, altı övladı var.

Video və fotolar