Əliyev Xanhüseyn Gülhüseyn oğlu

Əliyev Xanhüseyn Gülhüseyn oğlu 1958-ci il fevralın 17-də Hacıqabul şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi bitirib. 1975-1977-ci illərdə “Əli-Bayramlı boru-drenaj zavodu”nda fəhlə işləyib. 1977-1979-cu illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Litva SSR-nin paytaxtı Vilnus şəhərində daxili işlər orqanlarında çalışıb.

1983-cü ildə Magilyov milis məktəbini, 1991-ci ildə “Vilnus Dövlət Universiteti”nin hüquq fakültəsini bitirib və həmin ildən təyinat üzrə Azərbaycan SSR Daxili İşlər Naziriliyində çalışıb.

1995-ci ildə təqaüdə çıxıb və özəl “Qaya” Mətbuat Yayımı şirkətində direktorudur.

1991-ci ildən ASDP-nin üzvüdür.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.

Ailəlidir, iki övladı, bir nəvəsi var.

Video və fotolar