Zakiri İlham Qurban oğlu

 

 

Zakiri İlham Qurban oğlu 1956-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə 172 №-li orta məktəbi bitirib. Həmin ildən əmək fəaliyyətinə başlayıb.

1975-1977-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub.

1990-cu ildə “Sovet Ticarəti Texnikumu”nu bitirib.

2003-cü ildən ASDP-nin üzvü, 2011-ci ildən ASDP Yasamal rayon təşkilatının sədridir.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib.

Ailəlidir, iki övladı var. 

 

 

Video və fotolar