Hacıyev Hafiz Hacıağa oğlu

Hacıyev Hafiz Hacıağa oğlu 1954-cü ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 31 №-li orta məktəbi bitirib. 1972-1973-cü illərdə SSRİ DİN Daxili Qoşunlarında hərbi xidmətdə olub. 1977-ci ildə “D.Bünyadov ad. Xalq Təsərrüfatı İnstitutu”nun “Sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini bitirib.

1972-ci ildə əmək fəaliyyətinə “Azərkitab”ın “Təran’” mağazasında fəhlə kimi başlayıb. Sonralar “Mərkəzi Univermaq Mağaza”da fəhlə, satıcı, 69 saylı mağazanın müdiri vəzifəsində çalışıb.

1991-1992-ci illərdə Səbael rayon və Batandart qəsəbə Sovetinin deputatı seçilib. Deputat olduğu dövrdə rayon ticarət Komissiyasının sədri olub.

2000-ci ildən ASDP-nin üzvüdür. 2003-cü ildən ASDP Nəsimi rayon təşkilatının sədri seçilib.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib.

Ailəlidir, iki övladı var.

Video və fotolar