Abbasov Faiq Rafiq oğlu

Abbasov Faiq Rafiq oğlu 1971-ci il yanvarın 18-də Bakı şəhərində anadan olub. 1988-ci ildə 31 №-li orta məktəbi bitirib. 1989-1991-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1992-ci ildə başlayıb, 1992-1996-cı illərdə kommersiya bankının mühafizə xidmətində çalışıb. Sonrakı illərdə müxtəlif təşkilatlarda mühafizə xidmətində əmək fəaliyətini davam etdirib.

2005-ci ildən “A.M. Emal sənaye” şirkətində mühafizə xidmətində çalışır.

2003-cü ildən ASDP-nin üzvüdür. 2004-cü ildən ASDP-nin Nəsimi rayon təşkilatı sədrinin müavini seçilib.

Partiyanın 2012-ci ildə keçirlmiş XII qurultayında ASDP Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.

Ailəlidir.   

Video və fotolar