Əliəsgərov Seyfulla Nurulla oğlu

Əliəsgərov Seyfulla Nurulla oğlu 1960-cı il fevralın 18-də Bakı şəhərində anadan olub. 1975-ci ildə orta məktəbin səkkizinci sinfini bitirib, texniki peşə məktəbinə daxil olub. Texniki peşə məktəbini 1978-ci ildə bitirib. 1980-1982-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət edib. 1983-cü ildə “D.Bünyadov ad. Azərərbaycan Xalq Təsərrüfatı İnstitutu”nun iqtisadiyyat fakultəsinə daxil olub. 1988-ci ildə “Voznesenski ad. Leninqrad İqtisad İnstitutu”nun Bakı filialını bitirib, ticarətin təşkili, ərzaq mallarının əmtəəşünaslığı ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1983-cü ildə başlayıb: 1983-1984-cü illərdə “Bakı şampan zavodu”nda ekspeditor, 1984-1988-ci illərdə “Bakı məişət kombinatı”nda anbardar, 1988-1992-ci illərdə “Azərittifaq”da və 1992-1994-cü illərdə bankda mühasib vəzifələrində çalışıb.

1999-cu ildən ASDP-nin üzvüdür, partiyanın müxtəlif seçkili orqanlarında fəaliyyət göstərib, ASDP-nin XI qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü seçilib.  

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.

Ailəlidir, iki övladı var.

Video və fotolar