Əliyeva Mətanət Nurəddin qızı

Əliyeva Mətanət Nurəddin qızı 1963-cü il fevralın 14-də Hacıqabul şəhərində anadan olub. 1981-ci ildə hacıqabul şəhərində orta məktəbi bitirmiş və həmin il “Bakı Dövlət Universiteti”nin jurnalistika fakültəsinə daxil olmuşdur. 1986-cı ildə universiteti bitirdikdən sonra Litva Respublikasının paytaxtı Vilnüs şəhərinə köçmüşdür.

1991-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır.

1991-ci ildən ASDP-nin üzvüdür. “İstiqlal” qəzetində işləmişdir. 1999-cu ildən “İmpuls” qəzetində baş redaktor vəzifəsində çalışır.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP MNK-nın üzvü seçilib.

Ailəlidir, iki övladı var.

Video və fotolar