Babayev Rauf Rafiq oğlu – sədr

Babayev Rauf Rafiq oğlu 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə 172 №-li orta məktəbi bitirib. Həmin il “Azərbaycan Neft və Kimya İnstitutu”nun axşam şöbəsinə qəbul olub. 1982-1984-cü illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub.

1988-ci ildə “Bakı Neft Texnikumu”nun “Neft və qazın nəql edilməsi və saxlanması” fakültəsinə daxil olmuş, 1991-ci ildə oranı “texnik-mexanik” ixtisası alaraq bitirib.

1985-1996-cı illərdə “Azərbaycan Neft Məhsulları Komitəsi”ndə operator vəzifəsində çalışıb.

Hazırda “Qaya” Mətbuat Yayımı şirkətində ekspeditor vəzifəsində çalışır.

1999-cu ildən ASDP-nin üzvüdür. 2000-ci ildə ASDP Xətai rayon təşkilatının sədri seçilib. 2001-ci ildə partiyanın qurultayında ASDP Mərkəzi Komitəsinin üzvü, 2002-ci il növbədənkənar qurultayda ASDP Mərkəzi Nəzarət Komissiyasına üzv seçilib və MNK üzvləri tərəfindən MNK-nın sədri seçilib. Növbəti qurultaylarda da ASDP MNK-ya üzv və sədr seçilib.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında bir daha ASDP MNK-ya üzv, sədr seçilib.

Ailəlidir, üç övladı var.

Video və fotolar