Əsədov Yaşar Sərdar oğlu – təbliğat-təşviqat məsələləri üzrə

Əsədov Yaşar Sərdar oğlu 1959-cu il avqustun 21-də Bakı şəhərində anadan olub. 1976-cı ildə 82 №-li orta məktəbi bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1977-1979-cu illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub. 1980-1988-ci illərdə “Kirov ad. neftmaşınqayırması zavodu”nda çalışıb, zavod komsomol komitəsinin katibi olub. 1983-1987-ci illərdə “Azərbaycan Neft və Kimya İnstitutu”nun mexanika fakültəsində təhsil alıb. 1992-ci ildə “Bakı Sosialidarəetmə və Politologiya İnstitutu”nu (keçmiş “Ali Partiya Məktəbi”) bitirib.

1992-ci ildən ASDP-nin üzvüdür. “İstiqlal” qəzetinin redaktoru, “Yeni İstiqlal” qəzetinin baş redaktoru olub.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin təbliğat məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.

Ailəlidir, iki övladı var.

Video və fotolar