Məmmədov Təhməz İzzət oğlu – təşkilat məsələləri üzrə

Məmmədov Təhməz İzzət oğlu 1947-ci il iyulun 17-də Bakıda anadan olub. Bakı şəhər 201 №-li orta məktəbi bitirib. “Azərbaycan Dövlət Uiversiteti”nin (keçmiş “Bakı Dövlət Universiteti”) jurnalistika fakultəsini, “Ali Partiya Məktəbi”ni (“Politologiya və İdarəetmə Akademiyası”) bitirib.

1970-1992-ci illərdə “Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsi”ndə müxtəlif vəzifələrdə çalışıb, rejissor köməkçisindən “İctimai-Siyasi Proqramlar və Xəbərlər Baş Redaksiyası”nın baş redaktoru, direktor müavini vəzifəsinədək yüksəlib.

1992-ci ildən işsizdir.

2003-cü ildən ASDP-nin üzvüdür.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin təşkilat məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.

Ailəlidir, 1 qızı, 2 oğlu, 1 nəvəsi var.

Video və fotolar